Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar məktubu yazan adamı çayxanada tapdılar
İntihar məktubu yazan adamı çayxanada tapdılar

Türkiyədə qəribə intihar hadisəsi yaşanıb. Muş şəhərinin Ağaçlık kəndinin sakini intihar məktubu yazaraq yoxa çıxıb. 33 yaşlı Ömərdən axşam saatlarından xəbər çıxmayıb. Yolun ortasında saxlayıb getdiyi avtomobilindən intihar məktubu çıxanda onu hər yerdə axtarmağa başlayıblar. Öməri axırda çayxanada tapıblar.

Bizimyol.info xəbər verir ki, kənd sakininin yoxa çıxması təəssüratını onun icarəyə götürdüyü avtomobilin saatlarla yolun ortasında qalması yaradıb. İcarə şirkəti bundan şübhələnib, hadisə yerinə nümayəndə göndərib. Burada iki uşaq atasının intihar məktubu tapılıb. “İntihar edirəm, ölümümdə kimsə günahkar deyil”, - bu ifadələri görənlər polisə xəbər verib. Asayiş keşikçiləri dərhal axtarma-xilasetmə tədbirlərinə başlayıb. Bunu üçün hətta Vandan dəstək heyəti gəlib.

Axtarma-xilasetmə dəstəsi onu əvvəlcə yaxınlıqdakı Murat çayında axtarmaq qərarına gəlib. Çünki Ömərin başqa intihar üsulunu nəzərdə tutduğunu düşünmək olmurdu. Maşını çayın yaxınlığında saxlayıb, intihar məktubu yazıb və yoxa çıxıb. Axtarışlar bütün ərazini əhatə edib, hətta onu şəhər mərkəzində də tapmağa ümid bəsləyiblər. Polis AFAD-dan (təbii fəlakət və fövqəladı hallar qurumu) belə, kömək istəyib. Amma hamını bir az qəzəbləndirəcək, bir az da təbəssümə səbəb olacaq xəbər gəlib. Kənd sakininin çayxanada olduğu, orada rahatca çay içdiyi bildirilib.

Polis Ömərin ifadəsini alıb. Onun 18 saat ailəsinə niyə xəbər vermədiyi məlum deyil. Mətbuatın intihar məktubu yazan şəxslə söhbət etmək imkanı da olmayıb.

Türkiyədə buna bənzər məzəli əhvalatlar çox baş verir. Bir neçə il əvvəl itkin düşən insanın tapılması üçün yüzlərlə şəxs axtarış dəstəsinə qoşulmuşdu. Onu xüsusilə meşə zonasında tapmağa ümid etmişdilər. Bir müddət sonra axtarış dəstəsinə qoşulan yüzlərlə sıravi insanın arasında məhz itkin düşənin də olduğu üzə çıxmışdı. Həmin adam ətrafdakılarla təxminən bir saat meşənin dərinliyinə gedəndən sonra kimi axtardıqlarının adını soruşub, beləcə, söhbətin özündən getdiyini bilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »