Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi gələcəyi ilə bağlı qərar verib - Media
Messi gələcəyi ilə bağlı qərar verib - Media

"PSJ" və Argentina millisinin hücumçusu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.

Bizimyol.info xəbər verir ki, "sport.es"in məlumatına görə, 35 yaşlı argentinalı hələ də özünü yüksək səviyyədə göstərə bildiyinə və buna görə də Avropa futbol klublarının birində çıxış edəcəyinə inanır.

Belə ki, Messinin son vaxtlar mətbuatda yer alan Amerikanın “İnter Mayami”, Argentinanın “Nyuells Old Boyz” və ya Səudiyyə Ərəbistanına mümkün transferi barədə xəbərlər hazırda istisna olunur.

Argentinalının "PSJ" ilə yeni müqavilə imzalayacağı gözlənilir. Tərəflər iki variantı müzakirə edirlər. Biri bir illik müqavilə, digəri isə bir illik uzadılan müqavilədir.

Həmçinin Messinin "Barselona"ya qaytarılması variantı da istisna edilmir. Mətbuatda yayılan məlumata görə, Lionelin atası və agenti Xorxe Messi Kataloniya klubunun prezidenti Joan Laporta ilə şəxsən danışıqlar aparır və futbolçu Xavi ilə əlaqə saxlayır.

Xatırladaq ki, Messi 2021-ci ildən "PSJ"də çıxış edir. Onun Fransa klubu ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Argentinalı hücumçu bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »