Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Varlılar kasıblardan ağıllı deyilmiş - Araşdırmanın nəticəsi
Varlılar kasıblardan ağıllı deyilmiş - Araşdırmanın nəticəsi

Bütün dünyada belə stereotip var ki, varlılar kasıblarla müqayisədə daha ağıllıdırlar. Zənginlərin maddi rifahının yüksək olması təsadüfi sayılmır. Hesab edilir ki, onlar ayrı-ayrı həyat epizodlarında daha məntiqli və müdrik qərar verdiklərindən, maddi uğur əldə ediblər. Hətta belə deyim var: “Ağıllısansa, niyə pulun yoxdur?”

Bizimyol.info xəbər verir ki, İsveç elm adamlarının araşdırması varlıların idrak imkanlarına görə kasıbları geridə qoyması fikrinə şübhə ilə yanaşmağa şərait yaradır. Araşdırmanın nəticələri maddi zənginliyin intellektin göstərici olmamasına işarə vurur. Dünyada milyonlarla insan varlı olmaq üçün risklər edir, dəfələrlə müflis olur və ya varlanırlar. Yəni hər kəs həyat yolunda konkret qrafik cızmır. Heç də bütün zənginlərin idrak imkanları geniş deyil. Buna minlərlə nümunə göstərmək olar.

Keçən konkret araşdırmanın nəticələrinə. İsveçin Lençevski Universitetinin elm adamları 60 min könüllü arasında sınaq keçirib. Onlar sərvətlə intellekt səviyyəsi arasında səbəb əlaqəsini öyrənməyə çalışıblar. Məlum olub ki, varlılar idrak imkanlarına görə orta təbəqəyə uduzurlar. Daha kasıb zümrə isə yüksək idrak vərdişləri ortaya qoya bilirlər.

Bu, maaşın səviyyəsinin insanın ağıl göstəricilərindən asılı olmadığını ortaya qoyur. Dövlətin iqtisadi amillərini də nəzərə almaq lazımdır. Yəni ölkə iqtisadiyyatı bu məsələdə çox böyük rol oynaya bilər. Hətta ali təhsillilərinin çoxluğu da əhalinin maddi imkanlarının yüksəkliyi ilə nəticələnmir. Məsələn, Qətərdə və ya Küveytdə savadlı insanların sayı Bolqarıstan ilə müqayisədə daha çox deyil. Amma bu ölkələrdə Avropa dövlətinə nisbətən daha çox varlı insan var.

Varlı-kasıb məsələsində konkret tarazlıq yoxdur. Hətta ortaya vahid düstur da qoymaq olmur. Yetərincə ağıllı adamlar uyğun coğrafiyada doğulmadığından, özünü ifadə edə bilmir. Onların hələ də maddi uğur qazanmaması öz günahları deyil. Necə ki, Qətərdə xeyli insan varlanmaq üçün heç nə etməyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »