Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seysmoloqdan böyük zəlzələ ilə bağlı xəbərdarlıq
Seysmoloqdan böyük zəlzələ ilə bağlı xəbərdarlıq

Türkiyə və Suriyada baş verən son dağıdıcı zəlzələləri proqnozlaşdıran hollandiyalı seysmoloq Frank Hougerbits 2023-cü ilin martında dünyanın meqazəlzələlərə şahidlik edəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” SSGEOS Elmi İnstitutunun (Günəş Sisteminin Həndəsə Tədqiqi) saytında yerləşdirilən videoya istinadən məlumat yayıb.

Bildirilir ki, o deyir ki, martın 2 və 5-də planetlərin yaxınlaşması martın 3-dən 7-dək olan dövrdə çox böyük seysmik aktivliyə səbəb ola bilər. Planetin 12 nöqtəsində təkanlar mümkündür və onların maqnitudası 8,5 və daha yüksək olacaq.

Bundna əlavə, məlumatda qırmızı zonaya düşən bölgələr də sadalanır: bunlar Yaponiyanın cənubu, İndoneziya, Portuqaliya, Yunanıstan, Pakistan və Şimali Amerikanın bir hissəsidir. Siyahıda Rusiya da var.

Qeyd edilir ki, Kuril adalarında dağıdıcı zəlzələ baş verə bilər.

"Mən şişirtmirəm. Mən qorxu yaymağa çalışmıram. Bu, sadəcə xəbərdarlıqdır", - deyə alim bildirib.

Məlumat üçün bildirək ki, Hougerbits, ilk təkanlardan üç gün əvvəl, fevralın 6-da Türkiyə və Suriyada baş verən son dağıdıcı zəlzələləri proqnozlaşdırmışdı.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »