Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST eksperti: Dünya quş qripi ilə bağlı yeni pandemiyaya hazır olmalıdır
ÜST eksperti: Dünya quş qripi ilə bağlı yeni pandemiyaya hazır olmalıdır

“Elmi ictimaiyyət bu virusları izləmək, həmçinin peyvənd hazırlamaq üçün onların genetik ardıcıllığını öyrənir”.

Bizimyol.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloqu Riçard Pibodi “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qlobal birlik quş qripinin yeni pandemiyaya səbəb ola biləcəyi faktına hazırlaşmalıdır.

"Virusun (quş qripi) insandan insana və davamlı şəkildə keçmə qabiliyyətinə yiyələnməsi və yeni pandemiyaya səbəb ola biləcəyi qorxusu var. Biz buna hazırlaşmalıyıq”,- deyə Pibodi əlavə edib.

Mütəxəssisin sözlərinə görə, elmi ictimaiyyət bu virusların monitorinqi üçün onların genetik ardıcıllığını öyrənir, həmçinin lazım gələrsə, əldə olunacaq vaksinlər hazırlayır.

Epidemioloq izah edib ki, dünyada milyonlarla çöl və ev quşunu məhv edən yeni quş qripi epidemiyası iki-üç il əvvəl A(H5N1) virusunun xüsusi növünə görə başlayıb.

Xatırladaq ki, bu yüksək patogenli quş qripinin yayılması ilk dəfə 1996-cı ildə müzakirə olunub. 2003-cü ildən etibarən, fəaliyyətlərinin təbiətinə görə quşlarla yaxın təmasda olan insanlarda xəstəlik halları qeydə alınmağa başlayıb.

Qripin bu ştammı viral pnevmoniyaya, kəskin respirator distress sindromuna səbəb olur.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »