Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu müzakirələr Qarabağda doğulmuş, orada yaşayan şəxslərlə aparıla bilər..."
"Bu müzakirələr Qarabağda doğulmuş, orada yaşayan şəxslərlə aparıla bilər..."

“Azərbaycan tərəfi hər zaman ərazilərimizdə yaşayan ermənilərin Azərbaycan Konstitusiyasına, qanunlarına tabe olaraq, Azərbaycan vətəndaşları statusunda yaşaya biləcəyi mövqeyində olub. Prezident İlham Əliyev çıxışlarında bəyan edib ki, Qarabağ ərazisindəki ermənilərin gələcək hüquqi vəziyyəti, təhlükəsizlik məsələsi Azərbaycanın daxili işidir və Azərbaycan bunu kənar, digər subyektlərlə müzakirə etmək fikrində deyil. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində də Azərbaycan Prezidenti Azərbaycan ərazisində yaşayan ermənilərlə müzakirələrin aparılmasının mümkünlüyünü vurğulamışdı. O, qeyd etmişdi ki, biz bu müzakirələri Azərbaycanın ermənilər yaşadığı ərazisinə göndərilən kənar şəxslərlə deyil, yəni Ruben Vardanyanla deyil, Qarabağda doğulmuş, orada yaşayan şəxslərlə apara bilərik”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu ötən gün Xocalı şəhərində Azərbaycan nümayəndə heyəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələri arasında görüş barədə danışarkən qeyd edib.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

Deputatın fikrincə, İlham Əliyevin bu mövqeyindən bir neçə gün sonra Vardanyan separatçı rejimdə olan vəzifəsindən uzaqlaşdırılması onun göstəricisidir ki, Azərbaycan ermənilərin yaşadığı Azərbaycan əraziləri üzərində də, suverenliyini tam şəkildə təmin etməyə çox yaxındır. Proseslər Azərbaycan prezidentinin iradəsi altında cərayan etməkdədir.

“Prezident vurğulamışdı ki, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərlə müəyyən təmaslar təcrübəsi mövcuddur. Qarabağ ərazisində yaşayan ermənilərlə müzakirənin aparılması, bir çox məqam baxımından, göstərici kimi qiymətləndirilə bilər. Əsas məqam ondan ibarətdir ki, ermənilər artıq dərk edirlər ki, onlar Azərbaycanın təkliflərinə, şərtinə uyğun şəkildə Azərbaycan ərazisində öz mövcudluğunu davam etdirə bilərlər. Eyni zamanda bizim mövqeyimiz dəyişmir, separatçılarla heç bir halda, heç bir məsələ müzakirə edilmir. Müzakirələr Azərbaycan ərazisində yaşayan ermənilərin təmsilçiləri ilə aparılır. Yəni Azərbaycan ərazisində separatizmlə məşğul olan, əli azərbaycanlı qanına bulaşmış heç kim danışıqlarda tərəf müqabili ola bilməz. Bunu da Prezident çıxışlarında səsləndirib”-deyə deputat bildirib. O, qeyd edib ki, görüş zamanı Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiya məsələsi ətrafında da, müzakirələrin aparıldğı bildirilir. Bu da Azərbaycanın iradəsinin qalib gəldiyini nümayiş etdirir.

Qeyd edək ki, görüşə Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin nümayəndələri, eyni zamanda Əmlak Məsələləri üzrə dövlət Xidmətinin mütəxəssisləri, eyni zamanda “Azərgold” QSC-nin təmsilçiləri iştirak ediblər.

Deputatın fikrincə, bu görüş ötən ilin dekabr ayının 12-də Azərbaycanlı ekofəalların ermənilərin yaşadığı ərazilərdə təbii sərvətlərimizin qeyri-qanuni istismarına qarşı mübarizəsinin nəticə verdiyini sübut edir. Beləliklə, həmin ərazilərdə faydalı qazıntıların çıxarıldığı mədənlərin monitorinqinin keçirilməsi imkanları da təmin olunmuş olur.

Elşad Mirbəşiroğlu hesab edir ki, bu görüşlər gələcək təhlükəsizliyin təmin edilməsində də çox əhəmiyyətlidir. Çünki artıq Azərbaycan ərazisində separatizmin sonunun yaxınlaşmasının da əlamətləri görünməkdədir.

“Azərbaycan ərazisində separatizmin qalması bizim üçün təhdiddir. Azərbaycan ərazisində yaşayan ermənilərin vətəndaşlıq reinteqrasiyası başlayarsa, onlar Azərbaycan vətəndaşı olaraq, Azərbaycan Konstutsiyasına və qanunlara tabe olaraq yaşayacaqlarını müzakirə edirlərsə, deməli erməni separatizminə də son qoyulacaq”-deyən Elşad Mirbəşiroğlunun fikrincə, bu görüşlər onu deməyə əsas verir ki, ermənilərin Azərbaycan ərazisində yaşaması üçün bütün imkanlar təmin edilir.

Deputat sonda vurğulayıb ki, Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri dinc şəraitdə yaşayır. Və bu günə qədər, etno-milli zəmində Azərbaycanda diskriminasiya halı müşahidə olunmayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »