Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailli nazir İranı "xərçəng" adlandırdı: “Hərbi əməliyyatlar nəzərdən keçirilir”
İsrailli nazir İranı "xərçəng" adlandırdı: “Hərbi əməliyyatlar nəzərdən keçirilir”

İsrailli nazir Qərb ölkələrini “qətiyyətli addımlar” atmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, İsrailin xarici işlər naziri Eli Koen bu barədə Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında bildirib.

O, çıxışı zamanı, İranın “xərçəng”ə bənzədiyini deyib və Tel-Əvivin “hərbi addımları” nəzərdən keçirdiyini bildirib.

"İran xərçəngə bənzəyir. O, Həmas, Cihad və Hizbullahı maliyyələşdirir", - deyə o əlavə edib.

Koen, həmçinin Qərbi "qətiyyətli addımlar atmağa" çağırıb və bunun üçün vaxtın yetişdiyinə əminliyini ifadə edib.

Müdafiə idarəsinin rəisi qeyd edib ki, “problemin həlli” variantlarından biri də sanksiyalardır. Onun sözlərinə görə, ikinci variant kimi İsrail hərbi müdaxiləni nəzərdən keçirir.

"İkincisi, bizim də masada məcburi hərbi seçim var. Kəşfiyyat orqanlarımıza və əldə etdiyimiz məlumata görə, indi bu iki addımı atmaq üçün doğru zamandır", - deyə o vurğulayıb.

Məlumat üçün bildirək ki, mətbuat konfransı Almaniya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »