Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sülh müqaviləsi Azərbaycana elə üstünlüklər verəcək ki...”- Çələbyan
“Sülh müqaviləsi Azərbaycana elə üstünlüklər verəcək ki...”- Çələbyan

İctimai-siyasi xadim, “5165” hərəkatının fəalı Avetik Çalabyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin qurulması “Dağlıq Qarabağ” nizamlanması kontekstindən kənarda da gedə bilər.

Bizimyol.info xəbər verir ki, Çalabyanın fikrincə, həm “Artsax”ın statusu məsələsi, həm də “Artsax-Azərbaycan münasibətləri” məsələsi çox yaxın gələcəyə təxirə salına bilər.

“Bütün bunları gələcək danışıqlara buraxmaq olar. Yəni, məsələn, Ermənistan və Azərbaycan bir-birinin sərhədlərini tanıya bilər, lakin Dağlıq Qarabağı nəzərə almadan”, - deyə Çələbyan çərşənbə axşamı mətbuat konfransında bildirib.

Eyni zamanda, Çalabyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin müzakirəsi prosesi ilə bağlı mövcud vəziyyətə də toxunub.

"Ermənistan hakimiyyəti ötən il Azərbaycanla sülh müqaviləsi imzaladığını elan etdi. Lakin artıq 2023-cü ilin fevralıdır və heç vaxt sülh müqaviləsi olmayıb", - deyən Çalabyan bəyanatlarla reallığın çox vaxt bir-birindən fərqləndiyini vurğulayıb.

"Bunun əsas səbəbi çox güclü daxili müqavimətdir. Bu, hakimiyyətin özündə də, müəyyən dövlət təşkilatlarında da var. İnsanlar yaxşı bilirlər ki, bizə tətbiq edilən sülh müqaviləsinin sülhlə heç bir əlaqəsi yoxdur. Bu, heç də sülh müqaviləsi deyil. Bu, bizi yeni müharibəyə aparan pəncərədir. Bu, Azərbaycana elə üstünlüklər verəcək ki, iki ildən sonra o, sadəcə olaraq, əvvəllər bağlanmış bütün razılaşmaları pozacaq, onları atacaq”,- deyə Çalabyan bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »