Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Cənubi Qafqazdan geri çəkilməyə məcbur ola bilər – Xaçikyan
Rusiya Cənubi Qafqazdan geri çəkilməyə məcbur ola bilər – Xaçikyan

Rusiya Cənubi Qafqazdan çəkilməyə məcbur ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan “Novosti-Armenia ” Youtube kanalında yayımlanan “Xüsusi rəy” proqramında bildirib.

"Əlbəttə, Rusiya burada qalmaq istəyir. Ola bilsin ki, getməyə məcbur olsun? Bəlkə də niyə olmasın? Ukraynada baş verənlərə baxın. Biz çox sürətlə böyük dünya müharibəsinə doğru nüvə eskalasiyası ehtimalı ilə irəliləyirik. ", - deyə Xaçikyan bildirib.

O, Rusiyanın təbii ki, Qafqazdan daha çox Ukrayna ilə məşğul olacağını qeyd edib və burada ikinci cəbhənin olmayacağını vurğulayıb.

Onun sözlərinə görə, bölgədə “amerikalılar və ingilislər” Rusiyanı Türkiyəyə qarşı müharibəyə çəkmək və bununla da Türkiyə qapılarını Rusiya Federasiyasının üzünə bağlamaq üçün qarşıdurma yaratmaq niyyətindədirlər.

"Rusiya bununla razılaşmayacaq. Əgər vəziyyət bu cür inkişaf etsə, o zaman düşünürəm ki, o, bizim regionu tərk edəcək və bundan sonra biz müdafiəsiz qalacağıq", - deyə Xaçikyan bildirib.

O, sonda qeyd edib ki, Ukraynada baş verənlər indi Rusiya üçün daha vacibdir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »