Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbol meydanında başlayan 100 saatlıq müharibə
Futbol meydanında başlayan 100 saatlıq müharibə

1969-cu ildə iki rəqib komanda; El Salvador və Honduras üz-üzə gəlib. Meksikadakı “Azteca” stadionunda keçirilən futbol matçının 90-cı dəqiqəsində hesab 2:2 olub. Bu, iki komanda arasında həftələr ərzində keçirilən üçüncü oyun idi və bu, 1970-ci il Dünya Kubokunun seçmə mərhələsinə vəsiqə uğründa keçirilirdi. Əvvəllər bu ölkənin heç bir Dünya Kubokunun seçmə mərhələsində iştirak etməmişdilər.

Qarşılaşma əlavə vaxta davam edərkən Salvador daha bir qol vuraraq 3-2 hesabı ilə oyunun qalibi olub. Oyunçular insidentsiz meydanı tərk ediblər, lakin hadisələr bundan sonra başlayıb.

Bildirilir ki, iki ölkə arasında buna qədər müəyyən problemlər olub. Torpaq sahiblərinin təziqlərinə görə əkinçiliklə məşğul ola bilməyən Salvadorlu fermerlər kənd təsərrüfatı işlərini davam etdirmək üçün kütləvi şəkildə Hondurasa köçdülər. Onlar Hondurasda yeni qəsəbələr saldılar və onların sayı həmin vaxt təxminən 300.000-ə çatırdı.

El Salvador vətəndaşlarının ölkəyə sürətlə yayılması, qarşısıalınmaz immiqrasiya və medianın təxribatı ilə iki ölkə arasında münasibətlər günü-gündən pisləşirdi.

Daha sonra, futbol sahəsindəki gərginlikdən sonra, 14 iyul 1969-cu ildə El Salvador öz qüvvələrinə Hondurasa soxulmaq əmri verdi və ölkəni bombalamaq üçün döyüş təyyarələri qaldırdı. 1969-cu il iyulun 14-də rəsmən müharibə başladı. “Futbol müharibəsi” adlanan bu döyüş 100 saata yaxın davam edib.

Polşalı jurnalist Ryszard Kapuscinski işğal başlayanda ərazidəki azsaylı xarici müxbirlərdən biri olub.

Kapuscinski daha sonra Hondurasda keçirdiyi vaxt haqqında yazdı və 1978-ci ildə yazdığı "Futbol müharibəsi" memuarında münaqişənin adını əbədiləşdirdi. O, üzərində "Heç kim Hondurası məğlub edə bilməz" və "3-0 intiqamını alacağıq" sözləri yazılmış qraffiti gördüyünü deyir.

Amerika Dövlətləri Təşkilatı iyulun 18-də atəşkəs əldə etməyə müvəffəq olduqda, təxminən 3000 adamın - əksəriyyəti Honduraslı mülki vətəndaşların - öldüyü güman edilirdi. Münaqişələrdə daha bir çoxları didərgin düşüb. Beynəlxalq təzyiqlər altında El Salvador avqust ayında qoşunlarını Hondurasdan çıxardı.

Nəticədə iki ölkə arasında gərginlik bitməyib. Müharibədən sonra Hondurasa qayıdan Salvadorlular birmənalı qarşılanmadı və 10 il sonra El Salvador yenidən xaosa qərq oldu və 11 illik vətəndaş müharibəsi yaşadı. Honduras və Salvador dövlət başçılarının görüşü və əl sıxması 2006-cı ildə baş tutdu.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »