Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarımsaq qoxusunu yox etməyin TƏBİİ YOLLARI
Sarımsağın sağlamlığa nə qədər faydalı olduğunu hamımız bilirik. Faydalı olması ilə yanaşı dadı da ləzzətlidir. Ancaq bircə mənfi tərəfi qoxusunun kəskin olmasıdır. Özünüzü saxlamayıb sarımsaq yemisinizsə, adamlar arasında ağzınızı açıb danışmağa utanırsınızsa, bunun bir neçə təbii yolu var. Ailem.az ağızdan sarımsaq qoxusunu yox etməyin yollarını təqdim edir.

Alma

Almanın oksidləşdirici fermentləri sarımsaq qoxusunu yox edir.

Süd

Sarımsaq qoxusunu ört basdır etmək üçün ən effektli yoldur. 2013-cü ildə aparılan bir araşdırmaya görə, sarımsaqla birlikdə süd qəbul etmək pis qoxunu azaldır.

Nanə

Nəfəsdən gələn pis qoxuya qarşı ən yaxşı effektli vasitələrdən biri kimi dəyərləndirilir. Tərkibindəki xlorofil sarımsaq qoxusunu öldürür. İstəsəniz çeynəyərək, istəsəniz çay olaraq qəbul edə bilərsiniz.

Reyhan

Sarımsaq qoxusunu yox edir. Sarımsaq tərkibli hər hansı bir yemək yedikdən sonra bir-iki yarpaq reyhan çeynəyin.

Paslanmaz dəmir

Ağız qoxusunu yox etmək üçün qaşıq kimi paslanmaz dəmirdən hazırlanmış əşyaları ağzınızda gəzdirə bilərsiniz. Əgər əllərinizin sarımsaq qoxmasını istəmirsinizsə, əllərinizi paslanmaz dəmir əşyalarla ovalayın.

Limon

Limon sarımsağın yaratdığı qoxunu yox edəcək güclü turşuluğa malikdir. Suyun içinə bir çay qaşığı limon ataraq ağzınızı çalxaladığınızda pis qoxu yox olacaq. Ağzınızı çalxalamaq istəmirsinizsə, limon suyunu içə də bilərsiniz.

Hil

Hil güclü aroması ucbatından sarımsaq qoxusunu təkcə yox etmir, həm də nəfəsə xoş bir qoxu verir.

Soda

Söhbət ağız qoxusundan gedirsə, soda hər zaman işə yarayır. Bir stəkan suya bir çay qaşığı soda və dəniz duzu atıb ağzınızı çalxalayın.

Diş məcunu

Sarımsaq yedikdən sonra dişlərinizi fırçalamaq həm nəfəsinizi təmizləyəcək, həm də sarımsaq qoxusunu yox edəcək.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »