Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: ""Neftçi" pik formadadır""
Qurban Qurbanov: ""Neftçi" pik formadadır""

"Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Rəqib pik formadadır"

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı oyun alındığını bildirib: "Qarşılaşmada sürət və dinamika var idi. Bizim üçün heç də asan deyildi. Tam öz istədiyimiz performansda deyildik. Amma hər halda, futbolçular sona qədər xarakter göstərdilər. Onları təbrik edirəm. Rəqib neçə oyundur qol buraxmırdı, inamlı gedirlər. Futbolçular özünün pik formasındadır. Vacib bir xal qazandıq. Qarşıda bir neçə günümüz olacaq. Çalışacağıq ki, çatışmayan elementləri aradan qaldıraq. Formadan uzaq olan oyunçularımızın durumunu düzəldəcəyik".

Təcrübəli baş məşqçi qapıçı Luka Quqeşaşvilinin görüşdəki hərəkəti barədə danışıb: "Ona çox əsəbiləşdim. Belə olmaz. Paltardəyimə otağında da sərt danışdım. Futbolçudur, meydanda belə hallar olur. azarkeşlər oyun ərzində qıcıqlandırırlar. Lukaya nalayiq ifadələr işlətdilər. Fanatlar da də başa düşərlər. Üzrlü hesab etsinlər. Belə hallar olur. Futbol düşünülməmiş epizodların üzərində qurulub. Bir daha belə hərəkət etməz. Azarkeşlər də futbolun içində olanlardır. Biz onlar üçün futbol oynayırıq".

Qurbanov hava şəraitinin hər iki kollektivin planlarına təsir etdiyini diqqətə çatdırıb: "Bəlkə, bəzən bəzi düşüncələr gecikirdi. Mən biz hücum edəndə baxırdım ki, kimsə əl qaldıracaq, hakim nə qərar verəcək. Sağ cinahımız ilk yarıda görünmürdü. İlk hissədə futbolçulara hansısa tapşırıq verməkdə çətinlik çəkirdim. Tam görə bilmirdim. Amma hər ikimiz üçün eyni şərait idi".

Son xəbərlər
Bütün xəbərlər »