Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın təqdim etdiyi hesabatlar olduğu kimi qəbul edilmir"
"Azərbaycanın təqdim etdiyi hesabatlar olduğu kimi qəbul edilmir"

“30 illik işğal dövründə Ermənistan terrorçuları tərəfindən azərbaycanlılara qarşı dəfələrlə faciələr həyata keçirilib. 1918-ci il 31 mart tarixində erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilmişdi. Bu soyqırım bir ərazidə deyil, bir neçə regionda baş vermişdi. Ondan öncə 1905-ci ildə soyqırım olmuşdu. Əsrin sonlarına yaxın 90-cı illərdə isə bu soyqırmların sayı artmış, mütəmadi hal almışdı. Bu soyqırımlar zamanı dilə gətirilməyəcək qədər ağır işgəncələr həyata keçirilib. Qadınlara, uşaqlara olmazın işgəncələr verilib. Bununla bağlı Azərbaycan dövləti tərəfindən bütün beynəlxalq təşkilatlara məlumatlar təqdim edilsə də, bununla bağlı heç bir nəticə əldə edilməyib”.

Bu barədə bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə görə, cinayətkaraların cəzasız qalmasının nəticəsində isə Birinci Qarabağ müharibəsindən erməni terrorçuları əsir götürdükləri azərbaycanlılara da olmazın işgəncələr veriblər. Politoloq hesab edir ki, erməni terror təşkilatları araşdırılarsa, bu təşkilatların birbaşa Erməni dövləti tərəfindən maliyyləşdirildiyi müəyyən oluna bilər. Bu təşkilatlar dövlət tərəfindən təlimatlandırılır və dəstəklənir. Belə ki, azərbaycanlıların başına gətirilmiş bütün soyqırımlarda erməni dövlətinin başında duran səlahiyyətlilərin əli var.

“Azərbaycanlılara qarşı çox sayda soyqırım hadisələri həyata keçirilib. Ağdaban, Başlıbel, Ballıqaya, Qaradağlı, Başgüneytəpə və digər bir çox faciələr törədilib. Bütün bu faciələr Azərbaycanın tarixi kitablarında da öz əksini tapıb”-deyən R. Alıyev hesab edir ki, Azərbaycan bu faciə səbəbkarlarının məsuliyyətə cəlb edilməsi və cəzalandırılası üçün çalışmalı, həmin hadisələri dünyaya tanıtmaq üçün addımlar atmalıdır. Təkcə dövlət tərəfindən deyil, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri, QHT-lər tərəfindən də atılmalıdır.

“Əksər hallarda beynəlxalq tədbirlər zamanı Azərbaycanın təqdim etdiyi hesabatlar olduğu kimi qəbul edilmir. Həmin təşkilatların ikili standartları olduğu üçün Azərbaycan dövlətinin təqdim etdiyi hesabatları qəbul etmək istəmirlər. Azərbaycan dövlətinin faktlardan ibarət sənədlərini kənara qoymağa çalışırlar. Erməni lobbisinin təsirləri, qısqanclıq və digər amillərə bağlı olaraq Azərbaycan həqiqətlərini qəbul etmək istəmirlər”-deyən politoloq bildirib ki, QHT-lər, gənclər təşkilatları və digərləri bu həqiqətləri əməkdaşlıq etdikləri təşkilatlar vasitəsilə tanıtdırmağa çalışmalıdırlar. Təqdim edilən məlumatlar bir bazadan götürülməlidir. Çünki bəzən təqdim edilən məlumatlarda kiçik statistik fərqlilik belə, həmin məlumatların ciddiliyini sual altında qoya bilər.

Politoloqun fikrincə, bu məlumatların dünyaya çatdırılmasında KİV-in də üzərinə böyük məsuliyyət düşür. KİV bu faktları bir neçə dildə müxtəlif təşkilatlara, eyni zamanda tərəfdaş olduqları xarici KİV-lərə təqdim etməlidir. “Bu baş verir, amma daha çox olmalıdır. Bilirsiniz ki, hazırda informasiya müharibəsi gedir. Belə bir dövrdə Azərbaycan jurnalistləri daha fəal olmalıdır. Erməni lobbisinin informasiya savaşı yalan üzərində qurulsa da, onların bu savaşda böyük təsiri, gücü var. Onlar yalan məlumatlarla dünya mediasına çıxaraq, bu məlumatları asanlıqla yaya bilirlər.

Biz də doğru məlumatlarımızı dünyaya çatdırmağa çətinlik çəkirik. Erməni yalanları isə rahat şəkildə, yalan xəbərləri yaya, qəbul etdirə bilirlər”,- deyən ekspertin fikrincə, bizim bəxtimiz onda gətirməyib ki, yalançı, təcavüzkar, terrorçu Ermənistan kimi qonşumuz var. Amma buna baxmayaraq biz öz mübarimizəmizi davam etdirməliyik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »