Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyanın siyasətindən narazıdırlar" - Lavrov Bakıya nə üçün gəlir...
"Paşinyanın siyasətindən narazıdırlar" - Lavrov Bakıya nə üçün gəlir...
Rusiya XİN rəhbəri Sergey Lavrovun bu gün Bakıya səfər etməsi gözlənilir. Səfərin hansı mahiyyətdə olduğu, nə kimi mövzuların müzakirə ediləcəyi, hansısa razılıqların əldə olunub-olunmayacağı barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu fikirlərini Bizimyol.info ilə bölüşüb.

Politoloq qeyd edib ki, bu səfər ötən il Azərbaycan-Rusiya arasında imzalanmış müttəfiqlik sazişinin bir illiyinə həsr olunub:

“Ötən il fevral aynın 22-də Rusiya və Azərbaycan prezidentləri strateji müttəfiqlik haqqında bəyanat imzaladılar. Mən hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Azərbaycana başlayan səfəri məhz bu müttəfiqlik sazişinin bir illiyi ilə əlaqədardır. Çox güman ki, bu istiqamətdə açıqlamalar veriləcək. Amma çox təəssüf ki, həmin sazişin maddələri Rusiya tərəfindən yerinə yetirilmir. Sazişin birinci bəndi ondan ibarət idi ki, ərazi bütövlüyü və suverenliyimizə qarşı bir-birimizə hörmət etməli idik. Ancaq biz bu bir ildə gördük ki, Rusiya seperatçılara dəstəyini davam etdirir, Ruben Vardanyanı və başqa seperatçıları tez-tez Moskvaya çağırırdılar – bir sözlə, bu bir ildə Rusiya bəyanatna uyğun olmaya siyasət yürütdü.

Əlbəttə, bu istiqamətlərdə fikir mübadiləsi aparılacaq, amma yeni bir saziş imzalanacağını zənn etmirəm. Bağlanmş sazişin bəndləri üzərində fikir mübadiləsi aparıla bilər, əlavə olaraq da, Azərbaycann Rusiyadan iki istəyi var: birincisi, texniki məsələləri Rusiya ilə həll etməliyik – Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətləri yaradılmalıdır. Bunun üçün də grək Rusiya hərbçiləri bizə mane olmasınlar. İkincisi, iki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağdakı vaxtı bitəcək. Təbii ki, müqavilə uzadılmasa, Rusiya sülhməramlıları ölkəni tərk etməlidir və biz də uzatmaq istəmirik.

Düşünürəm ki, bu məsələlər ətrafında Bakıda Lavrovla fikir mübadiləsi aparılacaq. Əgər Rusiya Azərbaycanı həqiqətən də tərəfdaşı hesab edirsə, Azərbaycanın Qarabağ üzərindəki ərazi bütövlüyü və suverenliyinin tam bərpasında gərək mane olmasın. Digər tərəfdən, indi Rusiya hakimiyyətinin, o cümlədən prezident Vladimir Putinin və elə Lavrovun Ermənistanın baş naziri Nikol Paşinyana qarşı mənfi münasibətləri var, onun siyasətindən narazıdırlar. Bu da bizə müəyyən qədər manevr imkanlarımızı sürətləndirməyə şərait yaradır ki, Rusiya Azərbaycann Qarabağda etmək istədiyi məsələlərə mane olmasın” – deyə, politoloq bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »