Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə çəkisi 200 kiloqrama çatan qadının üç zəlzələdə yaşadıqları...
Türkiyədə çəkisi 200 kiloqrama çatan qadının üç zəlzələdə yaşadıqları...

Türkiyədə zəlzələ xeyli insanı evsiz qoyub. Onlar əksəri çadırlarda yaşamağa başlayıb. Müəyyən qismi otellərdə yerləşdirmək mümkün olub. Hatayda yaşayan Aliye Atahan da ailəsi ilə çadıra sığınıb.

Çəkisi 200 kiloqrama çatan qadın üç zəlzələni evdə qarşılamalı olub. Çünki onu mənzildən çıxarmaq alınmayıb. Övladları da onu tək buraxmaq istəməyib. Qadın həmin günləri dəhşətlə xatırlayır.

Bizimyol.info xəbər verir ki, üçüncü zəlzələdən sonra əsgərlər Aliye Atahanı çadıra yerləşdirməyi bacarıblar. Amma ağırçəkili qadın burada çox əziyyət çəkir. Çadırda ayaqyolu ehtiyacını ödəmək olduqca çətindir. Şərait Atahana uyğun deyil.

“Birinci zəlzələdə çox sarsıldıq. Çıxa bilmədik. İkinci zəlzələdə uşaqlarımla çətin vəziyyətdə qaldıq. Üçüncü zəlzələdə uşaqlarım yalnız o haqda düşünürdü ki, məni necə qorusunlar. Sonra baş verən heç nəyi xatırlamıram. Ayaqlarım tamamilə tutulub. Zəlzələdən əvvəl, heç olmasa, bir az gəzə bilirdim. İndi qətiyyən hərəkət etmirəm. Ayaqyoluna gedə bilmirəm. Evdə də tualetə görə qalırdım.

Deyirdim, ölsəm də, çıxmayacağam. Ayaqlarım o qədər şişib ki, yerimdən heç qalxa bilmirəm”.

Aliye Atahana həyat yoldaşı, övladları çox kömək edir. Amma yenə də çadırda yaşamaq ona çox ağırdır.

“Çox pis günə qaldıq. Evimiz əldən getdi, pulumuz yoxdur. Əvvəllər də çəkili idim, amma lap bu qədər deyildim. Əməliyyatdan sonra belə oldu. Narkoz verdilər, ayaqlarıma vurdu. Zəlzələ məni tamamilə yatağa möhtac edib. Böyüklərə səslənirəm, əllərindən nə gəlirsə, etsinlər. İnanın, çox pis vəziyyətdəyəm. Ayaqyoluna getməmək üçün yemək yemirəm. Burada tualet var, gedə bilmirəm. Duş görmürəm. Yaşamaq deyil bunun adı”.

Zəlzələdə Türkiyənin 11 şəhəri itki verin. Minlərlə bina dağılıb, azı 43 min sakin həyatını itirib. Xilasetmə dəstələri hələ də dağıntı yerlərində işləyir, kiminsə sağ qalmasına ümid edirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »