Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin Ukrayna səfərinə qarşı Çinin Moskva həmləsi: rəsmi Pekin nədən narahatdır...
Baydenin Ukrayna səfərinə qarşı Çinin Moskva həmləsi: rəsmi Pekin nədən narahatdır...
ABŞ Prezidenti Bayden işğalın ildönümünü qeyd etmək üçün fevralın 20-də Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edib və Ukrayna lideri Zelenski ilə qucaqlaşıb. Bu səfərin bütün dünyanı narahat etməsinə səbəb Baydenin Kiyevdən verdiyi mesajlar və ondan sonrakı proseslər olub. İndi bütün dünya Baydenin “Putin Qərbin buna dözə bilməyəcəyini düşünürdü, amma yanılırdı” deyərkən nə demək istədiyini anlamağa çalışır.

Putini “ABŞ-la nüvə sazişini dayandırdıq” deyəcək qədər qəzəbləndirən nə idi? Rusiyanın Çin və Hindistanla münasibətlərindəki dinamizmin səbəbləri nədir? Müqavilə nə üçün pozuldu?

Qəfil səfərə qədər Ukraynada son bir ildə baş verən və ölkəni xarabalığa çevirən hadisələr "ABŞ və Rusiya yeni Yalta razılaşması çərçivəsində regionu və dünyanı yenidən planlayır" kimi dəyərləndirilirdi: çünki Çinin Aİ ölkələri ilə birlikdə həyata keçirməyə çalışdığı “Bir kəmər – Bir yol” layihəsi ABŞ-la yanaşı Rusiyaya da çox mənfi təsir göstərirdi. Bu səbəbdən 65 ölkə ilə üç qitəni birləşdirəcək bu nəhəng layihənin qarşısını almaq və ya nəzarətə götürmək üçün iki qlobal aktyor birgə hərəkət edir və Ukrayna meydanında Çinin qarşısında “böyük sədd” tikirlər - beləliklə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların manipulyasiya əməliyyat olduğu düşünülürdü.

Bu qiymətləndirmələrin həqiqəti hadisələrin inkişafı ilə paralel olaraq zamanla başa düşüləcək. Lakin Baydenin Qızıl Qübbəli Maykl Monastırının qarşısındakı mesajlarından, Zelenskini özü ilə aparmasından və Putinin ABŞ-la “Yeni başlanğıç” adlı nüvə sazişini dayandırdıqları barədə açıqlamasından sonra Çinin xarici işlər naziri Van Yi Moskvaya səfər edib. Bu səfər isə dünya tərəfindən narahatlıqla qarşılanıb.

“Ağ Ev”-in Ukrayna ziyarəti son məqama qədər məxfi saxlanıldı

Baydenin Ukraynaya səfəri ABŞ prezidenti ilə Zelenski Kiyevin xaraba küçələrini gəzib Qızıl Qübbəli Müqəddəs Maykl monastırının qarşısında Putinə salam göndərənə qədər məxfi saxlanılıb. Ağ Ev Baydenin 20 fevral təmasları ilə bağlı çox fərqli bir proqram yayımladı. Kiyev küçələrində Baydeni azsaylı seçilmiş jurnalistlər və ABŞ rəsmiləri müşayiət edirdi. Bu seçilmiş müşayiətçilərin yol boyu əlaqə saxlamaması üçün onların mobil telefonları və kompüterləri müsadirə edilib. Bayden və onun yoldaşlarını daşıyan “Air Force One” əvvəlcə Polşaya enib və sərnişinlər qurudan Kiyevə keçiblər. Qatarla 10 saatlıq bu yol da çox gizli saxlanılıb.

“Demokratiyanın arxasında durduğumuzu göstərdik”

Bayden Kiyevə səfəri zamanı özü ilə gətirdiyi xüsusi mətbuat mənsublarına bunları deyib: “Putin işğalına başladığı Ukraynanın zəif olduğuna və Qərbin parçalandığına inanırdı. O, bizdən üstün ola biləcəyini düşünürdü, amma çox yanıldı”. Bundan sonra ABŞ rəhbəri Ukraynaya əlavə 500 milyon dollarlıq hərbi yardım edəcəklərini açıqladı. Baydenin “qonşuları ilə sülh içində yaşamaq istəyən milyonlarla rus bizim düşmənimiz deyil” deyərək çıxışını bitirməsi Putinin qəzəblənməsinə və ABŞ-la bağlanılan nüvə sazişlərini yenidən gözdən keriçəcəklərini deməsinə səbəb olub.

Putin yəqin ki, ABŞ prezidentinin qonşu ölkədən verdiyi açıqlama ilə rus xalqını ona qarşı yönəltməyə çalışdığını düşünüb. Baydenin Rusiyanı deyil, Putini hədəf alan bu sözləri diqqətlərin Kremlə yönəlməsinə səbəb olub.

Çinin narahatlığını nə artırır?

Rusiyadan aldığı ucuz neft sayəsində enerji problemini həll edən Hindistan Çinə alternativ istehsal mərkəzi olmaq yolunda irəliləyir. Çin Hindistanın bu yüksəlişindən narahatdır. Buna görə də xarici işlər naziri Vanq Li ötən gün Moskvaya qəfil səfər edib. Çinli nazir açıqlamasında bildirib ki, Çin Xalq Respublikası Rusiya ilə birlikdə gələcəkdə çoxqütblü, demokratik və ədalətli dünya üçün çalışmağa davam edəcək.

Dünyanı qorxudan hadisələr

Ötən gün 59-cu Münxen Təhlükəsizlik Konfransında da çıxış edən Çin Xarici İşlər Naziri Vanq Li bir neçə gün sonra Çinin Ukrayna müharibəsi planını açıqlayacağını bildirib. Çinli nazirin Moskvaya səfəri “Pekin Rusiyanın Qərblə münaqişəsində Rusiyanın yanında olacaq” kimi qiymətləndirilir. Putin ABŞ-la nüvə sazişini dayandırmaqla olduqca sərt gediş etdi.

İndi korrupsiya ittihamı ilə Soros tərəfindən küncə sıxışdırılmağa çalışılan “Adani Holding”in sahibi hindli milyarder Qautam Adani Hindistanın baş naziri Narendra Modiyə dəstəyini artırmağa davam edir.

Rusiyadan gələn ucuz neft sayəsində Hindistan enerji ehtiyacını böyük ölçüdə həll edib. Enerji baxımından Rusiyadan asılı olan Hindistanın Çinə alternativ istehsal bazası kimi yüksəlişi ABŞ-la yanaşı, Çini də narahat edir. Rusiya Türküstan coğrafiyasındakı ölkələrlə “Avrasiya İttifaqı” yaratmağa çalışır.

Biz beynəlxalq sülhlə və ölkəmizlə yaxından əlaqəli çox ciddi nəticələrlə sonlana bilən hadisələrlə rastlaşırıq. Qlobal aktyorlar arasında paylaşma mübarizəsinin getdikcə daha da dərinləşdiyi bir vaxtda beynəlxalq sülhün təhlükəsizlikdə olduğunu söyləmək çox çətindir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »