Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələcəyin işıqforu 4 rəngdə
Gələcəyin işıqforu 4 rəngdə

Elm adamları hesab edir ki, gələcəkdə avtomobillərin transformasiyası ilə əlaqədar başqa bir işıqfor rənginə ehtiyac ola bilər. Elmi fantastika seriallarında, filmlərdə, oyunlarda və kitablarda gələcək təsvir edildiyi zaman avtonom nəqliyyat vasitələri qarşımıza çıxır. Əslində bu təsvirlər yavaş-yavaş reallaşmağa başlayıb. Yəni gələcəkdə daha çox avtonom avtomobillər olacaq.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Şimali Karolina Universitetinin tədqiqatçıları hesab edir ki, gələcəkdə işıqforların 3 deyil, 4 rəngi olmalıdır.

Tədqiqatçılar işıqforda sürücülərə avtonom nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat axınını ağıllı şəkildə idarə etdiyini bildirəcək, əlavə ağ rəngin olmasını təklif edirlər. Onların fikrincə, beləliklə dördüncü rəng həm tıxac səviyyəsini, həm də ümumi yanacaq sərfiyyatını azaldacaq.

Avtonom avtomobillər və yük maşınları insanlar kimi ağ işıqfora "baxmağa" ehtiyac duymayacaqlar, çünki onunla simsiz əlaqə yarada biləcəklər. Dördüncü rəng həm də, insan sürücülərlə və sərnişinlərlə kəsişmədən keçən sürücüsüz nəqliyyat vasitələrini izləmək üçün vacib rol oynayacaq.

Avtonom avtomobillər müəyyən məsafədəki kəsişmələrdə bir-biri ilə və işıqforlarla əlaqə saxlayacaq. Bu nəqliyyat axınının daha səmərəli və ağıllı şəkildə əlaqələndirilməsinə imkan verəcək.

Zolaqda olan hər hansı bir insan sürücüyə ağ işıq vasitəsi ilə qarşısındakı avtomobili izləmək tapşırılacaq:"Dayanırsa dayanın, davam edərsə davam edin".

Bir kəsişmədə avtonom avtonəqliyyat vasitələrinin sayı müəyyən həddən aşağı düşdükdə svetoforlar normal qırmızı, sarı və yaşıl rəngə qayıdacaq.

İlahin, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »