Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın ərzaq idxalından asılılığı artır
Azərbaycanın ərzaq idxalından asılılığı artır

Son bir ayda Azərbaycana 169 milyon 761 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu isə o deməkdir ki,  Azərbaycanın xaricdən qida məhsullarına asılılığı artır.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm  13,3 faiz artım deməkdir.

Əslində idxalsız iqtisadiyyat təsəvvür etmək mümkün deyil. Hətta ən qapalı iqtisadiyyatlar (Şimali Koreya, İran) belə bu və ya başqa formada müəyyən həcm və növdə ətməə-xidmət idxalı ilə məşğul olurlar. Bu da ona görədir ki, idxalın asılılıq yaratma və ölkədən valyuta axınına səbəb olma tərəfi var, lakin yenə də daxili bazarı çeşidləndirmək, istehsalı daxildə mövcud olmayan resursla təmin etmək, ekoloji faydanı tədarükçü ölkənin hesabına əldə etmək kimi üstünlükləri onu ölkələr üçün cəlbedici edir.

Bu barədə bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayevin fikrincə,  idxalın bahalanması təkcə ölkəmizlə bağlı olan məsələ deyil. Belə ki, son illər beynəlxalq səviyyədə cərəyan edən prosseslər bir əsrə qədər mövcud olan çevik ticarət sistemini sarsıdıb.

Pünhan Musayev Pünhan Musayev

“Bu prosseslərə son 10 ildə şahidi olduğumuz ölkələrarası ticarət müharibələri, gömrük tariflərinin artırılması, ixraca müxtəlif məhdudiyyətlərin tətbiqi, müharibələr, enerji qiymətlərinin artması ilə nəqliyyatın bahalanması, proteksionist siyasət və pandemiya səbəbilə tədarük zəncirində yaşanan dalğalanmaları aid edə bilərik. Azərbaycan da hər nə qədər tərəfsiz, müstəqil siyasət yürütsə də, lakin qlobal dəyər zənciri elə qurulub ki, domino effekti kimi bir həlqənin digərinə təsir etməməsi mümkün deyil”-deyə o əlavə edib.

İqtisadçı bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisə apardıqda, süd məhsullarının həcmi 25 faiz, statistik dəyəri isə 2 dəfədən çox artıb.

Yaxud idxal olunan meyvə-tərəvəzin həcmi ötən ilə nisbətən 17 faiz azalsa da, idxal dəyəri 1 milyon dollar artıb.

“Müqayisəni əgər 2021-ci ilin yanvar ayı ilə aparsaq həm məhsul, həm də fərq baxımından tendensiya daha geniş formada ortaya çıxacaq. Məsələn, o dövrlə müqayisədə idxal olunan çayın həcmi 50 faiz, dəyəri isə 2 dəfədən çox artıb, bitki və heyvan mənşəli yağların miqdarı azalsa da dəyəri sabit qalıb. Təbii ki, bu dinamikaya səbəb kimi ağıla gələn ilk versiya qlobal inflyasiya ola bilər. Lakin yenə də konkret nəticəyə gəlmək sözsüz ki bu sahədə geniş profilli spesifik tədqiqat, analiz tələb edir”. Ekspert hesab edir ki, ümumilikdə ərzaq idxalı özlüyündə ölkəmizin uzun illər həll etməli olduğu məsələ olub. Ərzaq təhlükəsizliyi baxımından xüsusilə bir sıra zəruri təlabat mallarında yerli təminetmənin aşağı səviyyədə olması və idxalın yüksək səviyyəsi bunu deməyə əsas verir.

Onun fikrincə, bu istiqamətdə çoxsaylı preventiv tədbirlər görülsə də, lakin yenə də idxaldan asılılıq müəyyən səviyyədə var.

Ekspertin əlavə edib ki,  digər tərəfdən ölkəmiz üçün əsas maliyyə qaynaqları enerji ixracından formalaşır.

“Dünyada bu gün kəskin enerji transformasiyası baş verir. Beləliklə həm daxili təlabatı qarşılamaq, həm də idxal üçün lazımi vəsaiti cəlb etmək baxımından yenə də qeyri-neft sektorunun təkmilləşdirilməsinə ümid qalır!”

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »