Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektrik mühərrikli avtomobillər niyə artmır?
Elektrik mühərrikli avtomobillər niyə artmır?

Bu il ölkəyə dörd milyon 937 min ABŞ dolları dəyərində 119 ədəd elektrik mühərriklə hərəkət edən nəqliyyat vasitələri gətirilib. Bu barədə Dövlət Gömkrük Komitəsinin məlumatında deyilir.

Həmçinin bildirilib ki, 21 milyon ABŞ dolları dəyərində 933 daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkət edən nəqliyyat vasitələri (hibrid) də gətirilib. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkəmizə gətirilən elektromobillər xüsusən bahalı seqmentə aid idi. Bu avtomobillərin qiyməti 70 min manatdan yuxarı idi, təbii ki, varlı təbəqə üçün nəzərdə tutulmuşdu. Az sayda olsa da, elektrikli avtomobillərin alışı olurdu.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

Amma son zamanlar ölkəyə ucuz, kiçik ölçülü qiyməti aşağı olan, elektrik avtomobilləri də gətirlir və satış var. Ekspert bildirib ki, bu avtomobillərin yaxın zamanlarda bazarının geniş olacağı proqnozlaşdırılmır. Çünki bunun üçün infrasturuktur tam qurulmalıdır.

“İnfrastrukturdan əlavə bəzi tələblər var ki, onlar həll edilməlidir. Məsələn, bank faizlərinin aşağı salınması Mərkəzi bank tərəfindən öz həllini tapıb. Salonlarda servis məsələləri, həmin avtomobillərə göstərilən servis problemləri həllini tapmalıdır. Ən vacibi isə infrastrukturdur. Elektrik doldurma məntəqələri həm Bakı, həm respublika ərazisində çoxluq təşkil etməlidir ki, hamı bu avtomobillərə maraq göstərsin”. Ekspert bildirir ki, keçən illə müqayisədə artım var və gözlənilən idi. Çünki ölkə başçısının tapşırığı var idi və bu istiqamətdə işlər görüldü.

Xüsusi güzəştlər olundu. Elektrik mühərrikli avtomobillərin gətirilməsi ƏDV və gömrük rüsumundan azad edildi. Mərkəzi Bank banklara şərait yaratdı ki, elektrik avtomobillərinin kreditli satışı zamanı ilkin ödəniş 10 faiz miqdarında olsun. “Bunun özü də bu artımın başlıca səbəblərindən biridir. Artımın daha da çox olması üçün ölkəyə müxtəlif seqmentlərdə elektrik avtomobilələrinin gətirilmısi mütləqdir”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »