Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Səfirliyi üçüncü elektrik avtomobili təqdim edir - Video
ABŞ Səfirliyi üçüncü elektrik avtomobili təqdim edir - Video

ABŞ Səfirliyi avtoparkına etdiyi yeni əlavəsini təqdim edir. Səfirliyin elektrik enerjisi ilə işləyən yeni avtomobili səssiz və sürətli olmaqla yanaşı, həm də innovativ və ətraf mühit üçün zərərsizdir. ABŞ Səfirliyi Amerikanın yaşıl texnologiyasının nümunəsini, habelə Amerikanın innovativ özəl sektorunun bərpa olunan enerjinin inkişafının dair göstərdiyi öhdəliyi nümayiş etdirməkdən məmnundur.

Bu sıfır emissiyalı avtomobil Kaliforniya ştatında Tesla şirkəti tərəfindən istehsal olunur. Tesla, sürətlə inkişaf edən elektrik avtomobil texnologiyalarına, Silikon Vadisi biznes modelini gətirməyə çalışır.

Müvəqqəti İşlər Vəkili Hüqo Qevara qeyd edir ki: “Mən həqiqətən şadam ki, biz Səfirliyin yaşıl enerji hədəfləri üçün çalışarkən, həm də Amerikanın innovasiya və yaşıl texnologiyalarını nümayiş etdirə bilirik.”

Üçüncü elektrik avtomobilin əldə edilməsi Prezident Co Baydenin ABŞ-ın 2030-cu ilə qədər istixana qazlarının emissiyasını yarıya qədər azaltmaq öhdəliyinə və ABŞ-ın ətraf mühitin yaxşılaşdırılması sahəsində görülən beynəlxalq səylərə dəstək olacaq. Bundan başqa Prezident Bayden, ekoloji cəhətdən təmiz avtomobillərin istehsalında Amerikanın lider olmaq niyyətini bəyan edib və ABŞ-ın 2030-cu ilə kimi ekoloji təmiz avtomobillərin satışında ABŞ-in 50% paya malik olmasını hədəfləyib.

Dünya vətəndaşı olaraq, biz də nəqliyyatdan birgə istifadə ilə, avtomobildən istifadəni azaltmaqla, velosiped sürməklə, piyada gəzməklə və elektrik avtomobillərdən istifadə kimi kiçik addımlarla bu səylərə töhfə verə bilərik.

Son xəbərlər
Bütün xəbərlər »