Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk QHT-ləri zəlzələdən zərər çəkmiş bölgələrdə vətəndaşlara kömək əlini uzadır
Türk QHT-ləri zəlzələdən zərər çəkmiş bölgələrdə vətəndaşlara kömək əlini uzadır

Türkiyədə mərkəzi Kahramanmaraş olan zəlzələlərdən zərər çəkən 10 şəhərdə çox sayda qeyri-hökumət təşkilatları yardım işləri aparır.

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkən şəhərlərdə başda bir çox vəqf və dərnək olmaqla, türk QHT-ləri təbii fəlakət qurbanlarına dəstək olmaq üçün çalışır.

Zəlzələdən zərər çəkən Kahramanmaraş, Hatay, Adıyaman, Osmaniye, Adana, Qaziantep, Diyarbəkir, Malatya, Şanlıurfa və Kilisə bir çox QHT yardım çatdırıb.

Yardım təşkilatları 10 şəhərdə dağıntılarda axtarış və xilasetmə işlərinə dəstək verməklə yanaşı, müxtəlif nöqtələrdə qurulan yemək paylama məntəqələri, səyyar mətbəx və səyyar sobalarla zəlzələ qurbanlarına xidmət göstərir.

Bu QHT-lərdən Türk Qızılayı, İnsan Hüquqları və Azadlıqları Fondu (İHH), Türkiyə Gənclik Fondu (TÜGVA), Türkiyə Gənclik və Təhsil Xidmətləri Fondu (TÜRGEV), Ensar Fondu, Beşir Dərnəyi, Anadolu Federasiyası, AHBAP Dərnəyi, Qadın və Demokratiya Vəqfi (KADEM), Türkiyə Texnologiya Komandası (T3) Vəqfi, LÖSEV, AKUT Axtarış-Xilasetmə Dərnəyi, Türkiyə Fırıncəlar Federasiyası, Anadolu Gənclik Dərnəyi, Cansuyu Yardımlaşma və Həmrəylik Dərnəyi, İnsan Vəqfi, Elm Yayma Dərnəyi, Dəniz Fənəri Dərnəyi, Yerüzü Həkimləri Dərnəyi və s. nümunə göstərilə bilər.

Son xəbərlər
Bütün xəbərlər »