Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 yaşlı gənc "son videom" deyib özünü çəkdi - Video
17 yaşlı gənc "son videom" deyib özünü çəkdi - Video

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələdə dağıntılar altında qalan Adıyamanlı gənc dağıntılar arasında öz videosunu çəkib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanlı Taha Erdem 7,7 bal gücündə zəlzələdə dağılan Yeni Sənaye Məhəlləsində 47 nəfərin öldüyü Zümrüt Mənzilinin dağıntıları altında qalıb.

Zəlzələ zamanı oyanan və qaçmaq istəyərkən qapıya çırpılaraq huşunu itirən 17 yaşlı Taha Ərdəm daha sonra binadakı insanların qışqırtısına oyanıb.Özünə gələndə anlayıb ki, üzərində bir yığın dağıntı var.

Ayağı ilişib yerindən tərpənə bilməyən 11-ci sinif şagirdi Taha Erdem ondan qurtula bilməyəcəyini düşündüyü üçün "son videom" adlı video çəkdirib.

Özünü lentə aldığı anlarda şiddətli təkanları lentə alan Ərdəm videoda: “Öləcəm, tavan indi üstümdədir.

Çox peşman olduğum şeylər var. Allahım, bütün günahlarımı bağışla”, - deyərkən dua edir və davamlı titrəyişlərin olduğunu bildirir.

Taha Ərdəm zəlzələdən 2 saat sonra yaxınlarının köməkliyi ilə dağıntılar altından çıxarılıb. Yüngül yaralanan Erdemin valideynləri də dağıntılar altından xilas edilib. Yaşadıqlarını izah edən Taha Erdem: “Zəlzələ olanda qapıya gedəndə başımı vurdum, yıxıldım. Gözümü açanda özümü tabutun içində hiss etdim. Arxamda tavan var idi. Ayaqlarım dağıntılar altında qalmışdı. İlk oyananda bunun yuxu olduğunu düşündüm. Sonra özümü xilas etmək istəyərkən dağıntılar altında olduğumu gördüm. Telefonum var idi. Özümü qısa bir videoya çəkdim. Video çəkilişi zamanı davamlı olaraq zəlzələlər olurdu. Zəlzələlər çox güclü idi.

Aşağıdan səslər gəlirdi. Qonşularımızın fəryadını eşitdim”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »