Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlətlərin bir-birilərinin yanında olması gələcək üçün çox vacibdir”
“Dövlətlərin bir-birilərinin yanında olması gələcək üçün çox vacibdir”

Türkiyədə zəlzələnin baş verməsi, bu zəlzələ  nəticəsində çox sayda insanın həyatını itirməsi, yaralıların olması bütün Azərbaycan cəmiyyətini kədərləndirib.

Azərbaycan dövləti Azərbaycan-Türkiyə münasibətinin qardaşlıq, səmimi dostluq, müttəfiqlik xarakterinə uyğun olaraq, qardaş ölkənin yanında olduğunu elə ilk anlardan nümayiş etdirdi.

Bu barədə  bizimyol.info xəbər portalına  danışan Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib ki, bu gün Azərbaycan cəmiyyətinin hər bir üzvü Türkiyənin yanında olduğunu ifadə edir. İmkanı daxilində dəstək olmağa cəhd göstərir.

“Azərbaycan prezidentinin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə münasibətləri dünyanın digər ölkələri arasında səmim dostluq qardaşlıq münasibətlərinin qurulması üçün bir örnəkdir. Bunu biz bir daha Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan dövlətinin, cəmiyyətinin münasibətində aydın müşahidə etdik.

Bütün bunlar dünya üçün çox pozitiv bir təcrübə təqdim edir. Yəni dar gündə köməyə ehtiyac olan anda insanların, dövlətlərin bir-birilərinin yanında olması, müasir dünyamız üçün, təhlükəsizlik üçün, gələcək üçün çox vacibdir”,- deyən deputat təəssüflə bildirib ki,  müasir dünyada bəzən fərqli nümunələr də çoxluq təşkil edir.

E.Mirbəşiroğlu hesab edir ki,  Azərbaycan xalqı,  Azərbaycan dövləti Türkiyənin yanında bütün səmimiyyəti ilə olduğunu nümayiş etdirməklə bir daha Azərbaycan Türkiyə birliyinin sarsılmaz olduğunu göstərmiş oldu.

“Qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allahdan həlak olanlara rəhmət diləyir, yaralananlara isə tezliklə şəfa tapmasını arzu edirik. Təkrar başın sağ olsun Türkiyəmiz deyirik”- o qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »