Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağıntılar altından sağ çıxandan sonra anidən ölümün səbəbi nədir?
Dağıntılar altından sağ çıxandan sonra anidən ölümün səbəbi nədir?

Dağıntılar altından sağ çıxanların sonradan anidən ölmə ehtimalı var. Bu "crush" (əzilmə) sindromu adlanır.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, dağıntılar altından sağ çıxanlara dərhal su vermək lazımdır.

Professor Aydın Türkmən açıqlamasında bildirib ki, dağıntılar altından çıxarılanlara meyvə şirəsi vermək olmaz.

“Bədəni dağıntılar altında təzyiq altında qaldıqdan sonra diri-diri xilas edilən insanlarda əzilmə sindromu görülür. Sindrom aritmiya, ürək ritminin pozulması, zəiflik, aşağı təzyiq və qəhvəyi sidik kimi simptomlarla özünü göstərir. İlk baxışdan sağlam görünən bu kəslərdə kalium və əzilmiş toxuma zülalları qana qarışaraq böyrək, ürək, ağciyər kimi orqanlara təsir edir, bir müddət sonra nəfəs almaqda çətinlik çəkirlər. Qan təzyiqinin düşməsi və tənəffüs çatışmazlığı da ilk baxışda sağlam görünən zəlzələdən sağ çıxanların gözlənilmədən dünyasını dəyişməsinə səbəb olur”-deyə professor bildirib.

Professorun sözlərinə görə, dağıntılar altından çıxarılan insanları gözləyən ən böyük problemlərdən biri böyrək çatışmazlığıdır.

Zəlzələdən sağ çıxanların, yıxılarkən bədənləri əzilənlərin böyrək funksiyaları lazımi şəkildə müalicə edilmədikdə, vəziyyətləri pisləşə və ölə bilərlər.

Professor qeyd edib ki, xüsusilə əzələ hüceyrələrində olan və yalnız əzələlərdə olan miyoqlobin adlı piqmentli zülal maddə qan dövranında olmur. Əzilmə nəticəsində bu maddə əzələdən çıxıb, dövran edərək böyrəkdə "tubulus" adlanan kiçik kanallara yerləşir. Bu isə,  kəskin boru nekrozuna (böyrək çatışmazlığı) səbəb olur. Xəstələrin əzilən əzələlərində çoxlu ödem yığıldıqda, damar yataqları boşalır.

  • Nələrə diqqət edilməlidir?

Dağıntı altında qalan insanların hansı nahiyəsi kənardan görünürsə, damar yolunu açmaq və venadaxili zərdab vermək lazımdır.

Professorun fikrincə, zəlzələ bölgəsində "crush" sindromunun müalicəsinə sürətli şəkildə başlamaq, həyati əhəmiyyət daşıyır.

“Dağıntılar altından xilas edilənə zərdab vermək mümkün olmadıqda, xəstəyə əvvəlcə ağızdan su verilməsi lazımdır. Maye verərkən meyvə suyu kimi yüksək kalium tərkibli içkilərdən uzaq olmaq lazımdır. Əzələlər bədəndəki kalium anbarıdır. Kalium bədəndə müəyyən miqdarda olmalıdır. Kalium lazım olan həddi aşarsa, ürək birdən dayana bilər. Dağıntılar altında olan insanlara kalium tərkibli mayelər verilir. Verilməməlidir.”-deyə professor əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »