Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanda qadınlar artıq qış çağırışından hərbi xidmətə gedə biləcəklər"
"Ermənistanda qadınlar artıq qış çağırışından hərbi xidmətə gedə biləcəklər"

Ermənistanda qadınlar 2023-cü ilin qış çağırışından hərbi xidmətə gedə biləcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında müdafiə naziri Suren Papikyan bildirib.

Erməni nazir xatırladıb ki, qadınların 6 ay müddətinə könüllü hərbi xidmət keçməsi layihəsi artıq idarələrarası müzakirələr mərhələsindədir. 6 aydan sonra attestasiyadan keçdikdən sonra onlar da kişilər kimi eyni şərtlərlə (artıq maaşla) uzunmüddətli müqavilə xidmətinə (“Vətənin müdafiəçisi” 5 illik proqramı üzrə) daxil ola biləcəklər.

Məlumatda qeyd edilir ki, 5 ildən sonra 5 milyon dram, yəni təxminən 12 min ABŞ dolları məbləğində vaxtlı ödəniş alacaqlar.

"Qış çağırışına vaxtında gəlmək üçün hər şeyi edəcəyik, lakin yay çağırışı haqqında demək çətindir. Hər şey işimizin sürətindən asılıdır", - deyə Papikyan qeyd edib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan diqqəti ona yönəldib ki, əldə olunmuş razılaşmaya əsasən, qadın hərbçilər üçün ən müasir infrastruktur ayrılacaq.

Qeyd edək ki, Ermənistan hökumətinin fevralın 9-da keçirilən iclasında “Vətənin müdafiəçisi” proqramı üzrə uzunmüddətli xidmətə görə podratçılara ödənişin qaydası ilə bağlı qərarlar qəbul edilib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »