Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan parlamentinin sədri Türkiyəyə başsağlığı verməsinə aydınlıq gətirdi
Ermənistan parlamentinin sədri Türkiyəyə başsağlığı verməsinə aydınlıq gətirdi

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın zəlzələdən sonra Türkiyəyə başsağlığı verdiyi, lakin İran məsələsində bunu etməməsi ilə bağlı tənqidlərə reaksiya verib.

Bizimyol.info xəbər verir ki, o, məsələ ilə bağlı açıqlaması zamanı "Mən başsağlığımı bildirdim və düzgün hərəkət etdim”,- deyə bildirib.

“Siz başa düşürsünüz ki, dinc sakinlər arasında 10 min ölü nə deməkdir? İnsani dillə desək, biz ermənilər, xristianlar reaksiya verməyə bilməzdik", - deyə Simonyan əlavə edib.

“Hayastan” (Ermənistan) fraksiyasından olan deputat Andranik Tevanyana hakimiyyətin niyə zəlzələ ilə bağlı İrana başsağlığı verməməsi ilə bağlı sualı cavablandıran Simonyan qeyd edib ki, Türkiyədən fərqli olaraq orada 3 nəfər ölüb.

"Bəlkə də başsağlığı vermək lazım idi. Amma bu halda bütün dünya rəğbət bəsləyir. Hətta Kipr Parlamentinin sədri də başsağlığı verib, yardım göndərilib və Türkiyənin onu qəbul edib-etməməsi ikinci dərəcəli məsələdir”, - deyə Simonyan qeyd edib.

Məlumat üçün bildirək ki, fevralın 6-da Simonyan Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib. Daha sonra “Hayastan” fraksiyasının nümayəndəsi Aqvan Vardanyan bəyan edib ki, “görünür, Ermənistan hakimiyyəti Dağlıq Qarabağda 44 günlük müharibədə Türkiyənin rolunu unudub, baxmayaraq ki, onlar özləri Türkiyənin təcavüzdə iştirakı ilə bağlı onlarla bəyanatlar veriblər”.

O, həmçinin xatırladıb ki, əvvəllər İranda zəlzələ baş verib, lakin Ermənistan hakimiyyəti Tehrana başsağlığı verməyib.

Xatırladaq ki, fevralın 6-da səhər tezdən Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Bunun ardınca onlarla afterşok, günün ortasında isə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

Bu zəlzələlərdən sonra dağıntılar Suriyanın bir sıra bölgələrində də qeydə alınıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »