Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vardanyan niyə qaçdı?
Vardanyan niyə qaçdı?

“Vardanyan Qərbin Rusiyaya qarşı yönəltmiş olduğu sanksiyalardan sonra, Rusiyanı tərk edib, haradasa yenə çirkli yollarla varlanmaq niyyətində olduğu üçün Azərbaycanın tarixi torpaqları olan Qarabağ və Xankəndi şəhərinə üz tutmuşdu. Orada yaşayan erməni vətəndaşlarımızı aldadaraq, onlara vədlər verərək, məskən salmışdı. Bir müddət sonra isə, orada yaşayan erməniləri qızışdıraraq, müəyyən populist fikirlər səsləndirməyə başladı. Onları inandırmağa çalışırdı ki, hər şey Vardanyanın dediyi kimi olacaq”…

Bu barədə bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev şərh verib. Politoloq prezident İlham Əliyevin fikirlərini sitat gətirərək, qeyd edib ki, orada yaşayan ermənilər Azərbaycan qanunları ilə, Azərbaycan bayrağı altında yaşamalıdırlar. Əks təqdirdə hara istəsələr, gedə bilərlər. Çünki Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağında yaşayan ermənilər də, başqa millətlərin nümayəndələri də mütləq şəkildə qanunlara uyğun yaşamalıdırlar.

Ramiz Alıyev Ramiz Alıyev

Ramiz Alıyev deyir ki, Ermənistanda olan səlahiyyətli şəxslər və Ermənistan mətbuatı da dəfələrlə Vardanyanın Xankəndidə yaşayan ermənilərə ümidverici bir insan kimi deyil, öz məqsədləri üçün gəldiyini iddia edib.

“Qarabağda separatçı rejimin nümayəndəsi Araiklə də Vardanyan arasında münasibətlər soyuq idi, onlar arasında gizli savaş gedirdi. Vardanyanı ora göndərənlər də, Ermənistan rəhbərliyi də çox yaxşı bilirdi ki, Vardanyan orada qala bilməyəcək, müvəqqətidir. Bilirdilər ki, Azərbaycan dövləti buna heç bir zaman icazə verə bilməz”-deyən Ramiz Alıyev Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyaların da bu məsələdə böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dünya ictimaiyyəti bu aksiyaları görürdü. Ekoterrora qarşı mübarizə, Azərbaycan dövlətinin kəskin mövqeyi öz nəticəsini verməli idi.

“Erməni mətbuatının məlumatına görə, Vardanyan artıq Moskvadadır, geri dönmək də istəmir. Orada yaşayan ermənilər bilməlidir ki, Azərbaycan dövlətinə sığınmaqdan, Azərbaycan dövlətinin qanunlarına riayət etməkdən, Azərbaycan bayrağı altında yaşamaqdan başqa yolları yoxdur.

Araikin Xankəndiyə uzun müddətdən sonra geri dönməsi Vardanyanı narahat edirdi. Vardanyan istəyinə nail ola bilmədiyini başa düşüb, rus sülhməramlılarının çirkli paltarlarının içərisində oradan qaçdı. Bu da onların qorxaq insan olduğunu sübut edir”-politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »