Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In qızı ilə birlikdə "taktiki nüvə qüvvələri"nin paradında iştirak edib
Kim Çen In qızı ilə birlikdə "taktiki nüvə qüvvələri"nin paradında iştirak edib

Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümü münasibəti ilə qitələrarası ballistik raketləri nümayiş etdirən “taktiki nüvə qüvvələri” bölmələrinin iştirakı ilə keçirilən hərbi paradda iştirak edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı "Koreya səsi" radiosu məlumat yayıb.

"KXDR liderinin yanında bir neçə məmur, o cümlədən Dövlət Şurasının sədr müavini və baş nazir Kim Dok Hun, Koreya Fəhlə Partiyasının (KFP) Mərkəzi Hərbi Komissiyasının sədr müavini olub. Bir sıra digər rəsmilər, KFP Mərkəzi Komitəsinin katibləri "Kim Çen Inın qızı ilə birlikdə fəxri qonaq qismində iştirak ediblər.

KXDR liderinin qızı son vaxtlar bütün mühüm tədbirlərdə atasını müşayiət edir ki, bu da bütün dünya üzrə müşahidəçilərin marağına səbəb olur", - deyə mətbuat yazır.

Paradda nümayiş etdirilən xüsusi silah növləri ilə bağlı təfərrüatlar verilmir. Yalnız qeyd olunur ki, parada taktiki raketlərin ekipajları, uzaqmənzilli qanadlı raketlər, taktiki nüvə qüvvələrinin hissələri və "ICBM"lər cəlb olunub.

Paraddan fotolar, o cümlədən silahlar hələ dərc edilməyib. Bununla belə, Yer kürəsinin peyk şəkillərini təqdim edən Amerikanın “Maxar” şirkəti "Twitter"də hərbi parad olduğu iddia edilən iki şəkli dərc edib. Fotoda mobil buraxılış qurğularında bir neçə böyük raket əks olunub, lakin onların tipini müəyyən etmək mümkün deyil. Müşahidəçilər daha əvvəl qeyd etmişdilər ki, paradda bərk yanacaq mühərriki olan yeni qitələrarası ballistik raket nümayiş etdirilə bilər.

2022-ci ilin sonunda Pxenyan bərk yanacaq mühərrikinin uğurlu sınaqları haqqında məlumat verilib və Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI plenumunda qarşıya yeni "ICBM"nin hazırlanması vəzifəsini qoyub. Maye mühərriklərlə müqayisədə bərk yanacağın istifadəsi raketlərin işə salınmasına hazırlıq vaxtını əhəmiyyətli dərəcədə azalda və istifadəyə hazır vəziyyətdə saxlaya bilər. Hazırda KXDR-də olan "ICBM"lərdə maye yanacaq mühərrikləri quraşdırılıb.

Taktiki nüvə silahlarının kütləvi istehsalının yaradılması həm də Kim Çen Inın KFP Mərkəzi Komitəsinin plenumunda qarşıya qoyduğu vəzifə idi. Eyni zamanda, KXDR lideri hərbi peykin tez bir zamanda orbitə buraxılması barədə göstəriş verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »