Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan hər zaman ilk yardım edən ölkədir"
"Azərbaycan hər zaman ilk yardım edən ölkədir"

“Türkiyədə baş verən zəlzələ bütün dünyanı sarsıtdı. Zəlzələ baş verdikdən sonra, elə ilk dəqiqələrdən Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi Türkiyənin yanında olmağa çalışdı. Ölkə başçısı, birinci vitse prezident öz başsağlığı mesajlarını verdilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq hadisə yerindədirlər. Bu gözlənilməyən bir hadisə idi”…

Bu barədə bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rüfət Quliyev danışıb. Deputat vurğulayıb ki, belə ağır günlərdə mütləq qardaş-qardaşının yanında olmalıdır. Azərbaycan da hər zaman Türkiyənin yanındadır. “ Türkiyəyə dünyanın əksər ölkələri yardım etməyə çalışır, humanitar yardımlar göndərilir. Amerika, Rusiya hətta, Türkiyə ilə münasibətləri o qədər də yaxşı olmayan Yunanıstan belə öz yardım təklifini edib. Hamı bilir ki, Türkiyə ilə Yunanıstan arasında kifayət qədər problemlər var. Hətta, onlar da öz nümayəndələrini göndəriblər. Bütün dünya dost-qardaş Türkiyə xalqına köməkliyini əsirgəməyəcək. Azərbaycan isə hər zaman ilk yardım edən ölkədir”,- deyə deputat bildirib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş əyalətində baş verən zəlzələ qurbanlarının sayı durmadan artır. Rəsmi məlumaat görə, xarici ölkələrdən kömək üçün gələn kadrların sayı 5309 nəfərdir.

Türkiyənin Daxili İşlər Naziri Süelman Soylu isə, bir çox dövlətlərin Türkiyəyə yardım təklif etdiyini, xilasedicilər göndərdiyini bildirib. Həmçinin qeyd edib ki, ilk köməyə Azərbaycan gəlib.

Xatırladaq ki, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti Türkiyəyə göndərilib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »