Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vardanyan Qarabağdan necə qaçdı?
Vardanyan Qarabağdan necə qaçdı?

Ermənistan mediası Xankəndindəki qeyri-leqal təhsil üzrə uğursuz “dövlət naziri” Ruben Vardanyanın Moskvaya getməsi ilə bağlı məlumat sızdırıb. Rusiyanın emissarı olan Vardanyanın Qarabğdan necə qaçdığı isə həqiqətən sual yaradır.

"Caliber" internet şəbəkəsinin əldə etdiyi məlumata görə, Vardanyan hansısa yük maşının arxasında, utilizasiya üçün təhvil verilmiş Rusiya geyimlərinin arasında Qarabağdan qaçıb. Görünən odur ki, Rusiyanın “Vardanyan layihəsi” uğursuzluqla nəticələnib.

“İki gündür ki, Vardanyanın Qarabağdan qaçacağını deyirdilər. Dünən isə, artıq onun Qarabağdan qaçdığı məlumatı verildi. Onun qaçması ilə bağlı müxtəlif versiyalar var. Bəziləri deyir ki, sülhməramlıların helikopteri ilə çıxıb. Bəziləri deyir ki, sülhməramlıların yük maşınlarının içərisində çıxıb. Hər halda necə olursa, olsun, həmin ərazidən çıxıb. Yaxın günlərdə onun Qarabağdan çıxıb-çıxmamağı ilə bağlı dəqiq məlumat ala biləcəyik”…

Bu barədə bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov danışıb. O qeyd edib ki, Vardanyanın Qarabağdan çıxmasının əsas səbəbi, azərbaycanlıların iki aydan artıq ki, aksiyaları davam etdirməsi olub.

Samir Hümbətov Samir Hümbətov

Aksiyaalrın dayandırılmaması, azərbaycanlı ekofaəlların geri addım atmaması Ermənistan və Rusiyaya bir daha hiss etdirdi ki, bu aksiyalar 2 ay deyil,12 ay da davam edə bilər. Yəni Azərbaycan öz istəyinə çatana qədər aksiyalar davam edəcək.

“Azərbaycan bu prosesi davam etdirəcək və öz sözünü yeridəcək. Orada baş verən etiraz aksiyası nəticəsində rus hərbçilərinin həmin yolu bağlaması əslində Qarabağdakı Ermənilər üçün böyük problem yaradır. Azərbaycanlılar üçün heç bir problemi yoxdur. Ərazi azərbaycanlılarındır, onlar istənilən qədər dayana bilərlər. Ekaloji vəziyyətlə bağlı tələblər yerinə yetirilməsə, Qarabağa silah- sursat daşınması dayandırılmasa, orada Azərbaycan tərəfindən yoxlama məntəqəsinin qurulub, gəliş- gediş, maşınların,yüklərin, insanların yoxlanması həyata keçirilməsə məsələ yekunlaşmayacaq”-deyə politoloq bildirib.

S.Hümbətov bildirib ki, Azərbaycan tərəfi öz ərazilərində monitorinq keçirməlidir, ekaloji vəziyyət yoxlanılmalıdır. Qarabağın Azərbaycanın suverenliyə altında fəaliyyətinə tam imkan verilməlidir. “Rusiya tərəfi yeni bir şəxsin ora göndərilməsini istəyə bilər. Amma faktiki olaraq, əlində olan ən nüfuzlu şəxsi ora göndərdi və o biabırçı şəkildə oradan qaçıbsa, bu o deməkdir ki, Rusiya yeni bir alternativ fikirləşməyə çalışacaq. Ola bilsin ki, həmin şəxs Rusiyadan olmasın.

Rusiya Ermənistandan və yaxudda Qarabağdan axtarsın onu. Ola bilər ki, heç axtarmasın, Araik Arutunyanla bu prosesi davam etdirsin”,- deyən S. Hüməbətov qeyd edir ki, bir nüçə gün əvvəl Araik Arutunyanın Moskvaya səfəri ilə bağlı məlumat yayılıb.

Politoloq maraqlı bir iddia səsləndirib. O deyib ki, Araik Arutyunyan Moskva qarşısına seçim qoyub,”ya mən, ya Vardanyan” deyə. Elə buna görə də, Vardanyanın Kremldəki hamiləri onu geri çəkiblər.

“Azərbaycan geri addım atmayacaq. Məsələ tam Azərbaycanın xeyrinə həll olunana qədər prosses davam edəcək. Azərbaycan o məsələlərin yekununa gəlib çıxacaq və Qarabağ Azərbaycanın nəzarətinə keçəcək. Buna heç kimin şübhəsi olmasın. Apardığım təhlillər, müşahidələr onu göstərir ki, iki aylıq belə bir dirəniş regionda çox prossesə təsir etdi. Azərbaycanın tələbi yerinə yetirilməsə, bundan sonra da çox proseslər həyata keçiriləcək. Bu isə, ancaq və ancaq Azərbaycana xeyrinə ola bilər”,- deyə S. Hümbətov qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »