Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Luqansk vilayətində rus işğalçıları artıq hücuma başlayıblar
Luqansk vilayətində rus işğalçıları artıq hücuma başlayıblar

Luqansk vilayətində rus işğalçıları hücuma keçib. İşğalçıların Ukrayna müdafiəsini yarmağa çalışdıqları Kremenski istiqamətində “maksimum gərginlik” müşahidə olunub.

Bizimyol.info xəbər verir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, Svatovonun şimal-qərbində rusların hərəkəti müşahidə olunub. Bu sektorda hücumda bir neçə bölmənin hissələri iştirak edib.

"Əməliyyatlar 144-cü və 3-cü motoatıcı diviziyalarının bir neçə alayının bölmələri (20-ci Əlahiddə Ümumqoşun Ordusu), həmçinin 90-cı tank diviziyasının alayının bölmələri, 76-cı Hava Desant Diviziyasının bölmələri və Cənub Hərbi Dairəsinin naməlum bölmələri tərəfindən gücləndirilib", - deyə hesabatda qeyd olunub.

"Bu məlumatlara əsaslanaraq ekspertlər belə qənaətə gəliblər ki, bu vəziyyət Rusiyanın yeni hücumunun başlanğıcıdır. Eyni zamanda, ukraynalı müdafiəçilər işğalçılara Luqansk vilayətində təşəbbüsü ələ keçirməyə imkan vermir. Bu, isə hətta Luqansk və Donetsk vilayətlərinin rus qoşunları tərəfindən tam ələ keçirilməsindən əvvəl Svatovo-Kremennaya istiqamətindəki hücumların başlanğıc vəziyyətiə gətirib çıxara bilər. Bu başlanğıc nöqtəsi Ukrayna qüvvələrinə öz əks-hücumlarını daha da genişləndirmək imkanı verəcək”, - analitiklər qeyd ediblər.

Ukrayna kəşfiyyatçıları hesab edirlər ki, rus işğalçıları Donetsk, Luqansk və Zaporojye vilayətləri istiqamətində yenidən hücuma keçəcəklər.

Öz növbəsində, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov qeyd edib ki, rus qoşunlarının yeni hücumu Xarkov və ya Zaporojye vilayətlərində başlaya bilər.

Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, Moskva Ukraynaya qarşı uğurlu genişmiqyaslı hücum üçün kifayət qədər döyüş gücünə malik deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »