Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinin yeni “blitskriq” planı var”
“Putinin yeni “blitskriq” planı var”

Kreml rəhbərliyi 2022-ci ilin fevralında Ukraynanı bir neçə günə tam ələ keçirəcəyinə çox inanırdı. Buna görə də Rusiya Prezidenti Vladimir Putin müharibənin ilk günlərində çox iddialı danışırdı. Amma Kreml qoşunları tamam başqa gerçəkliklə üzləşdi. Ukrayna silahlı qüvvələrinin biləyini qırmaq mümkün olmadı. Rusiya ordusu hətta müharibənin əvvəlində ələ keçirdiyi əraziləri itirməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Putinin yenə “blitskriq”, yəni müharibə apardığı ölkənin torpaqlarını sürətlə işğöal etmək barədə düşünür. Rusiya liderinin bununla bağlı planı var. Böyük Britaniya mətbuatı bu haqda yazır. İstefada olan piyada komandiri Riçard Kemp Kreml qoşunlarının böyükmiqyaslı hücum planlaşdırdığına əmindir. Polkovnikin fikrincə, Ukrayna silahlı qüvvələri daha böyük həmlə ilə üz-üzə qalacaq. O, Rusiyanın 300 mindən çox əsgərini əhəmiyyətli dərəcədə səfərbər etdiyini deyən Ukraynanın müdafiə naziri Aleksey Reznikovun sözlərini xatırladıb. Hətta yarım milyon yeni döyüşçü haqqında danışmaq olar. Məqalədə deyilir ki, Kiyev də qüvvə toplayır və Qərbin bağışladığı müasir texnika ilə təmin olunub.

“Rusiyanın artilleriya mərmilərinin tükənməsi ilə bağlı davamlı optimist xəbərlərə baxmayaraq, Putinin ehtiyatları çox böyükdür. Onun fabrikləri gecə-gündüz işləyir və daha çox məhsul istehsal edir”.

İstefada olan piyada komandiri qeyd edir ki, Moskva Rusiyanın yeni hücumu ərəfəsində Ukraynanın şərqindəki müdafiə qüvvələrini boşaldır. Qurban seçilən qoşunlar “köhnə rus üslubuna uyğun gələn” döyüşə atılır. Eyni zamanda, Kreml artilleriya mərmilərinə və zirehli texnikaya qənaət edir ki, bu da Putinin planlaşdırdığı sürətli “blitskriq” üçün çox vacibdir.

“Həqiqət odur ki, bu yaxınlarda Ukraynaya vəd edilən texnikanın, xüsusən də uzaqmənzilli raketlərin, tankların və digər zirehli texnikanın vaxtında çatdırılması belə, çətin ki, bu döyüşə təsir göstərsin. Əgər Putin daha çox ərazi qazansa, Kiyev daha güclü əks-hücum etməli olacaq. Ona daha çox zirehli texnika, daha yaxşı hava hücumundan müdafiə vasitələri, daha uzaqmənzilli raketlər və daha çox artilleriya mərmisi və sursat lazımdır”.

Kemp hesab edir ki, Qərb tələsməlidir. Həm göndərilən silah-sursatın həcmi artmalıdır, həm də cəld davranılmalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »