Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, "bir millət, iki dövlət" mahiyyətindən irəli gələn bir davranışdır"
"Bu, "bir millət, iki dövlət" mahiyyətindən irəli gələn bir davranışdır"

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb. Hazırda FHN-nin 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib.

“Təbii fəlakətin baş verdiyi ilk anlardan Azərbaycan dövləti və prezident Cənab İlham Əliyev Türk dövlətinin yanında olduğumuzu bəyan edib, bütün lazımi, zəruri dəstəyin çatdırılmasına hazır olduğumuzu qeyd edib. Azərbaycan prezidenti Türkiyə prezidenti ilə telefon danışıqlarında başsağlığını Türk xalqına çatdırdı. Eyni zamanda, bütün zəruri dəstəyin nümayiş etdirilməsi üçün müvafiq göstərişlərin verildiyi bəyan olunub. Fövqəladə Hallar Nazirliyinin yüzlərlə mütəxəssisi Türkiyəyə göndərilib. Dəstək davam edir.

Əsl dost, əsl qardaş çətin gündə bilinər. Azərbaycan xalqı da Türkiyənin çətin günlərində hər zaman Türk xalqının yanında olduğunu bəyan edib”…

Bu barədə politoloq Anar Əliyev bizimyol.info xəbər portalına şərhində bildirib.

O, Türkiyədə bir neçə il bundan əvvəl böyük əraziləri əhatə edən yanğınlar zamanı da Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb.

“Bunu bütün dünya da müşahidə etmişdi. Bu əslində Ulu Öndərin qeyd etdiyi kimi: "Bir millət, iki dövlət" mahiyyətindən irəli gələn bir davranışdır. Azərbaycanın çətin günlərində, haqq uğrunda apardığı mübarizədə Türkiyə dövləti hansı dəstəyi nümayiş etdirmişdisə, istənilən çətin gündə “iki dövlət bir millət” olaraq bir yerdədir. Biz bir yumruq kimi birləşməyi bacarır və düşmənə qarşı mübarizə aparmaqda da, hətta, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında da eyni hissləri keçirdiyimizi bəyan edirik”,- deyən A.Əliyev əlavə edib ki, bu Türkiyə-Azərbaycan liderlərinin ən üst səviyyədə münasibətlərin formalaşmasının və Türkiyə Azərbaycan arasında əlaqələrin dünyada analoqu olmayan bir səviyyəyə yüksəlməsinin nəticəsidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »