Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkmir…
Qərb Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkmir…

İstanbul şəhərində bir sıra böyük dövlətlər öz nümayəndəliklərini bağlayıblar.

İstanbulda İŞİD qüvvələrinin hədə-qorxu mesajlarından sonra bu nümayəndəliklərin bağlanmasına dair qərar verilib. Bu barədə bizimyol.info xəbər portalına açıqlamasında politoloq İlyas Hüseynzadə  danışıb.  O bildirib ki, İŞID qruplaşması öz açıqlamalarını özbaşına vermir. Belə  açıqlamalarla İstanbulda bir vahimə yaratmağa çalışırlar.

İlyas Hüseynov İlyas Hüseynzadə

“Sanki, bir sıra dövlətlərlə sövdələşməyə gediblər. Bütün bunlar qəbul olunan bir hal deyil və qardaş Türkiyəni 2023-cü ildə prezident seçkilərində çox çətin sınaq gözləyir. Çünki, Türkiyə müstəqil xarici siyasət yürüdür. Öz maraqlarını böyük bir coğrafi arealda qətiyyətlə qoruyur. Türkiyənin liderinə böyük rəğbət vardır. O həm ölkə ərazisində, həm də onun hüdudlarından xaricdə Türkiyənin maraqlarını yüksək səviyyədə təmsil edir”-deyən politoloqun fikrincə,  Türkiyəyə qarşı siyasi və təhlükəsizlik təhdidlərinin olması həm də, xarici qüvvələrin maraqları ilə bağlıdır.

Bəzi xarici qüvvələr Türkiyəni güclü dövlət kimi qəbul etmək, Türkiyəni Avropa Birliyinə qəbul etmək istəmirlər.

NATO- da da  Türkiyəyə qarşı təzyiqlər və basqılar vardır.

“ABŞ açıq şəkildə Türkiyə-Yunanıstan məsələsində Yunanıstanın tərəfini saxlayır. F35-ləri Türkiyə vermədikdən sonra, modernləşdirilmiş F16-ları da Türkiyəyə verməkdən imtina edir. Bununla yanaşı Rusiya ilə Türkiyə arasında olan işbirliyi S400 raket kompleklərinin alınmasından sonra Qərblə münasibətlərin pisləşməsi də müşahidə olunmaqdadır. Digər tərəfdən Türkiyə yeganə dövlətdir ki, Rusiya və Ukrayna arasında vasitəçi qismində çıxış edir və Qaradəniz hövzəsində təhlükəsizliyin təmin olunmasına çalışır. Çünki, bu bölgədə böyük güc mərkəzlərinin maraqları toqquşmaqdadır”-deyə İ.Hüseynzadə qeyd eidb.

Politoloq Türkiyədə baş verən zəlzələdən də söz açıb. O qeyd edib ki,  zəlzələdən sonra böyük dağıntılar var,  təbii fəlakət evləri və infrastrukturu dağıdıb. Bu da Türkiyə üçün çox çətin sınaqdır. Təbiətin yaratdığı fəsadlardır.

“Lakin, Türkiyə bütün bu çətinliklərin öhdəsindən gəlməyi bacaracaq. Artıq bir sıra dövlətlər Türkiyəyə öz yardım əlini  uzadıblar. Azərbaycan ilk olaraq, nəinki, FHN-i eləcə də ordunun köməyindən istifadə etməklə qardaş Türkiyənin yanındadır. Bu tarixən belə olub və bundan sonrada biz sevincli və kədərli günlərimizdə bir-birimizin yanında olacayıq”-deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »