Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov İsveçrə səfirini postmünaqişə dövrü ilə bağlı məlumatlandırıb
Ceyhun Bayramov İsveçrə səfirini postmünaqişə dövrü ilə bağlı məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə İsveçrə səfiri Muriel Peneveyreni ətraflı məlumatlandırıb.

"Bizimyol.info" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ermənistanın post-münaqişə dövründə sülh gündəliyinə xələl gətirən addımları, o cümlədən Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, bu kimi təxribatlara, habelə Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanmış əsassız iddialarına baxmayaraq Azərbaycanın sülh prosesində qərarlı olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »