Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vardanyan Qarabağdan qaçıb
Vardanyan Qarabağdan qaçıb

Xankəndindəki qanunsuz rejimin iflasa uğramış “dövlət naziri” Ruben Vardanyanın Moskvaya qaçıb.

Bizimyol.info xəbər verir ki, onun müəmmalı şəkildə Xankəndində getməsi və aparılması ilə bağlı erməni mətbuatına məlumat sızıb.

Qeyd edək ki, bu məlumatlara etibar etmək olar. Üstəlik, vurğulamaq istərdik ki, Vardanyan nəinki başını dik tutub getdi, sadəcə olaraq Rusiyaya qaçdı.

Əldə etdiyimiz məlumata görə, o, Rusiya Sülhməramlı Kontingentin yük maşınlarından birinin yük yerində əşya kimi Ermənistana aparılıb və oradan utilizasiya üçün təhvil verilmiş rus formalarını çıxarıb - başqa sözlə, tərli ayaq dolaqları, ətirli alt paltarları və rus sülhməramlılarının çirkli geyimləri qarışdırılıb.

Görünür, Vardanyanın yalnız ona (və bəlkə də RSK) məlum olan bir növ xüsusi fetişi var. Beləliklə, təyin edildiyi və onun üçün heş bir şey etiva etməyən Qarabağdan xidmətində olduğu Moskvaya köçürdülər. Bununla da, “Vardanyan layihəsi”ni rəsmi olaraq uğursuz hesab etmək olar – ilk növbədə Azərbaycan xalqının və şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində.

Əgər Ruben Vardanyan başqa sous altında Qarabağa qayıtmaq qərarına gəlsə, o zaman bu, Bakı tərəfindən casus belli kimi dəyərləndiriləcək - ordumuzun müvafiq ildırım sürətli hərəkətinə səbəb olacaq.

Rusiyalı iş adamı Ruben Karlenoviç Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələdə, onu həm Kremil, həm də Qərb alqışlayırdı. Ermənilər isə ona xilaskar kimi baxırdılar. Qaranlıq ticarətindəki imtiyazlı "uğuru" onu baş gicəllənməsinə salıb siyasətə buladı. Ziddiyyətli açıqlamaları ilə o həm birbaşa nökəri olduğu Rusiyanın, həm də onun uzaqdan "parıltısına heyran olmuş" Qərbin üz qarasına çevrildi. Və qaçdı...

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »