Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada Türkiyə zəlzələsinə sevinirlər - nifrət dolu paylaşım
Fransada Türkiyə zəlzələsinə sevinirlər - nifrət dolu paylaşım

Fransanın “Charlie Hebdo” jurnalı bu dəfə sosial şəbəkələrdə Kahramanmaraşda zəlzələ ilə bağlı nifrət dolu paylaşım edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət əvvəl Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz karikaturalar dərc etdirən “Charlie Hebdo” bu dəfə Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələ haqqında nifrət ifadələrinin yer aldığı karikatura hazırlayıb.

Karikatura jurnalın Tvitter hesabında Günün fotosu həştəqi ilə, “Türkiyədə zəlzələ”, “Tank göndərməyə ehtiyac yoxdur” yazıların yer aldığı fotolar paylaşılıb.

Jurnalın "günün rəsmi" qeydi ilə paylaşdığı nifrət dolu yazı sosial mediada böyük əks-səda doğurub.

Xatırladaq ki, ötən gün Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Episentri Kahramanmaraş olan güclü zəlzələ ən azı 10 əyalətə təsir edib.

Dağıntılar altında qalanları xilas etmək üçün işlər aparılır. Prezident Ərdoğan 7 günlük “ümummilli matəm” elan etdiyini açıqlayıb.

Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələ üçün dünyanın bir çox ölkəsi səfərbərliyə başlayıb. Türkiyəyə yardım təklif edən ölkələrin sayı artıq 45-i keçib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »