Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni zəlzələlərin yaradılması mümkündürmü?
Süni zəlzələlərin yaradılması mümkündürmü?

Adətən böyük güçlü zəlzələlərdən sonra HAARP ilə süni zəlzələlərin yaradılması mövzusu ortaya atılır. "Yüksək Tezlikli Aktiv Günəş Tədqiqat Proqramı" kimi tanınan HAARP ABŞ-ın Alyaska əyalətində elmi layihədir. Rəsmilərin sözlərinə görə, bu proqram, raketləri havada məhv etmək, yerin altında zondlar aparmaq, sualtı qayıqlarla əlaqəni asanlaşdırmaq və geniş ərazidə bütün kommunikasiyaları kəsmək kimi müxtəlif məqsədlər üçün yaradılıb. Amerikanın ən məşhur geofiziklərindən birinin fikrincə, bu texnologiya iqlimi dəyişmək, ozon təbəqəsini manipulyasiya etmək, zəlzələlər yaratmaq və radiasiya yaymayan termonüvə partlayışları yaratmaq üçün dəhşətli gücə malikdir.

Qeyd edək ki, HAARP ionosferin xüsusiyyətlərini araşdırmaq üçün Alyaska Universiteti ilə birgə layihə nəticəsində yaradılıb. Hazırda Pentaqonun nəzarətindədir və ABŞ ordusunun xidmətindədir. Layihənin qurulduğu Alyaskada 180 nəhəng antenanın olduğu iddia edilir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, HAARP layihəsi ilk dəfə serb əsilli ABŞ alimi Nikola Tesla tərəfindən başlanğıc səviyyəsində yaradılmışdı. Tesla atmosferə aşağı səviyyəli maqnit dalğaları göndərməklə güclü enerjinin yaradıldığını kəşf etmişdi. Hər hansı bir təyyarənin HAARP quraşdırıldığı əraziyə yaxınlaşması qadağandır.

  • Bəs HAARP-la zəlzələnin süni şəkildə yaradılması mümkündürmü?

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Geofizika Bölümü Müəllimi Dos. Dr. Sabri Bülent Tankın fikrincə, ionesfer istifadə olunaraq dünya qabığında reallaşan zəlzələləri tətikləmək mümkün deyil.

“İonesfer təbəqəsi praktik mənada bizə radio dalğalarının uzaq məsafələrə çatması konteksində və ya GPS siqnallarının keyfiyyətinin təmin etmək baxımından əhəmiyyətli olan atmosfer qatıdır. İonesferdəki dəyişiklikləri zəlzələlərin baş verməsiylə əlaqələndirmək anlayışı, köhnə bir anlayışdır. Amma, bu günə qədər sübut olunmuş bir şey yoxdur. Çünki, zəlzələlər yer qabığının içindəki güçlü qüvvələrlə öz təbiətlərinin tələb etdiyi şəkildə reallaşır” - deyən mütəxəssis qeyd edib ki, ionesferin isidilməsi, günəşdən gələn materialın göstərdiyi təsir ilə müqayisə olunduqda çox kiçikdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »