Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Suriyada zəlzələni proqnozlaşdırmaq mümkün deyildi - RAS
Türkiyə və Suriyada zəlzələni proqnozlaşdırmaq mümkün deyildi - RAS

Yaxın 5 ildə Türkiyədən də böyük ərazidə 8 bal gücündə zəlzələ gözlənilirdi.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru Petr Şebalin RİA Novosti -yə bildirib. Onun sözlərinə görə, bir gün əvvəl Türkiyədə zəlzələ olacağını proqnozlaşdırmaq mümkün deyildi.

"Bu, prinsipcə mümkün deyil və bunu heç kim edə bilməz. İnstitutumuzun yaxın 5 ildə Türkiyədən daha böyük ərazidə 8 bal gücündə zəlzələ olacağı proqnozu var idi", - deyə Şebalin bildirib.

Xatırladaq ki, bazar ertəsi səhər Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub.

Son məlumatlara görə, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.

Məlumata görə, ölənlərin sayı 3381 nəfərə çatıb.

Suriyanın bir sıra bölgələrində də dağıntılar olduğu bildirilir, yeraltı təkanlar Livanın paytaxtı Beyrutda da hiss olunub. Suriyada hazırda ölənlərin sayı 1444, yaralıların sayı isə 1500-dən çoxdur.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »