Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sanksiyalar Kremlə ABŞ-dan PUA komponentləri almağa imkan verir - MTİ
Sanksiyalar Kremlə ABŞ-dan PUA komponentləri almağa imkan verir - MTİ

Qərbin İran və Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların səmərəsizliyi Kremlin "Şahed-131", "Şahed 136" və "Mohajer-6" pilotsuz uçuş aparatları (PUA) üçün Amerika komponentləri ala bilməsinə səbəb olub.

Amerika Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri qeyd edirlər ki, Rusiya və İran Rusiyada pilotsuz uçuş aparatlarının istehsalı üçün İran zavodu tikmək planlarını üzərində işləyirlər. Onlar bildirirlər ki, belə bir zavod artıq Tacikistanda açılıb.

Ekspertlərin fikrincə, Kreml beynəlxalq sanksiyalardan yan keçərək, KTMT və Aİİ vasitəsilə Tacikistanla əhəmiyyətli iqtisadi əlaqələrindən pilotsuz təyyarələrin komponentlərinin yuyulması və ya Ukraynadakı müharibə üçün istehsal edilmiş PUA-ların alınması üçün istifadə edə bilər.

Britaniyanın Conflict Armament Research (CAR) təhqiqat qrupunun məlumatına görə, İrana məxsus “Shahed-131”, “Shahed 136” və “Mohajer-6” pilotsuz təyyarələrinin 82%-də ABŞ-dan çiplər, yarımkeçiricilər və digər komponentlər olub. Eyni zamanda, komponentləri İran pilotsuz təyyarələrində aşkarlanan Qərb şirkətlərinin əksəriyyəti müharibə başlayandan bəri komponentlərin Rusiya, İran və ya Belarusa birbaşa satışını inkar edib.

Bu yaxınlarda “The Wall Street Journal” yazıb ki, İran və Rusiya Federasiyası Moskvanın Ukrayna ilə müharibədə fəal şəkildə istifadə etdiyi “Şahed-131/136” kamikadze dronlarının birgə istehsalı ilə bağlı gizli danışıqları davam etdirir.

Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko Rusiyada İranın “Şahed-136” kamikadze pilotsuz təyyarələrinin istehsalı üçün zavodun tikintisinin mümkünlüyü ilə bağlı xəbərə münasibət bildirib.

“Kamikadze pilotsuz təyyarələr layihəsini həyata keçirə bilməyən ölkə, bu dronları onları yaradan, lakin ildə bir neçə mindən çox istehsal edə bilməyən ölkənin lisenziyası ilə istehsal edəcək. Sizcə, burada hansısa dissonans var?”, - ekspert vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »