Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tatar zəlzələdə həlak olanların sayını açıqlayıb
Tatar zəlzələdə həlak olanların sayını açıqlayıb

Fevralın 6-da Kahramanmaraşda zəlzələ baş verib, təbiət hadisəsinin episentri Pazarcık rayonunda olub.

Bizimyol.info xəbər verir ki, gecə saat 04:17-də baş verən zəlzələnin maqnitudası ilk olaraq 7.4 bal gücündə olduğu bildirilib. Lakin AFAD növbəti saatlarda bir yeniləmə edərək zəlzələnin maqnitudasının 7,7 olduğunu açıqlayıb.

Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Baş vermiş 7,7 bal gücündə zəlzələdən sonra xilasetmə işləri aparılarkən saat 13.24-də daha bir yer silkələnməsi baş verib. Episentri Kahramanmaraşın Elbistan rayonunda olan ikinci zəlzələnin 7,6 bal gücündə olduğu qeydə alınıb.

Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay və Elazığda ümumilikdə 4758 bina dağıdılıb.

AFAD Zəlzələ və Riskin Azaldılması Komitəsinin rəhbəriri Orxan Tatar zəlzələ fəlakətində son vəziyyətlə bağlı açıqlama verib.

Tatar can itkisinin 3381-ə yüksəldiyini və 20426 nəfərin yaralandığını, 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra daha 285 nisbətən zəif təkanların yaşandığını açıqlayıb.

Tatar indiyədək dağıntılar altından 7840 nəfərin xilas edildiyini bildirib. Zəlzələdə dağılan binaların sayı təsdiqlənərək 5 min 775 olaraq qeyd edildi. Dağılmış binalarla bağlı 11 min 302 məlumat var.

Uçmuş binaların dağıntıları altında qalan vətəndaşların xilas edilməsi üçün işlər bütün sürəti ilə davam edir. Dünyanın əksər dövlətləri Türkiyəyə kömək təklif edib.

Azətbaycan da Fövqəladə Hallar Nazirliyininn 300-dən artıq əməkdaşının olduğu axtarma - xilasetmə dəstəsini qardaş Türkiyəyə göndərib. Hazırda xilasedicilərimiz hadisə yerində fəaliyyət göstərirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »