Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Suriyada zəlzələ qurbanlarının sayı 4 mini keçib
Türkiyə və Suriyada zəlzələ qurbanlarının sayı 4 mini keçib

Fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının sayı 4,3 min nəfəri keçib.

Bizimyol.info xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, Türkiyədə baş verən təbii fəlakət 2921 nəfərin həyatına son qoyub. Bundan əlavə, daha 15 834 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Eyni zamanda Suriyada zəlzələ nəticəsində ən azı 1 400 nəfər ölüb, 3 mindən çox insan isə yaralanıb.

“The Guardian”ın mənbələrə istinadən verdiyi məlumata görə, Suriyanın şimalındakı Racu şəhərində 20-yə yaxın İŞİD döyüşçüsü təbii fəlakətdən istifadə edərək həbsxanadan qaçıb. Orada ümumilikdə 2 minə yaxın məhbis türkyönlü qüvvələrin nəzarəti altında saxlanılır, onlardan 1,3 min nəfəri İslam Dövlətinin fəaliyyətində iştirakda şübhəli bilinir.

“Zəlzələdən sonra məhbuslar üsyan etməyə başladılar və həbsxananın bir hissəsini ələ keçirdilər.

Həbsxana binasında divarlar və qapılar dağılıb. Həsxanadan qaçan məhbuslar şərtlərin imkan verdiyi hər yerdə axtarılır”, - deyə həbsxana zabiti bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası 7 baldan çox olan iki zəlzələ baş verib: yerli vaxtla saat 04:17-də və 13:24-də baş vermiş təbii fəlakət zamanı minlərlə bina çöküb, inasanlar dağıntılar attında qalıb. Kəskin spyuq hava şəraitinə və zəlzələlərin hələ də davam etməsinə baxmayaraq axtarış- xilasetmə işləri davam etdirilir. Təbii fəlakətin baş verməsindən bir gün ötməsinə baxmayaraq hələ də dağıntılar altından sağ qurtarılan insanlar var.

Ümumdünya Səhiyyə Təşkilatı Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının 8 dəfə arta biləcəyi barədə xəbərdarlıq edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »