Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə təhsil dayandırıldı
Türkiyədə təhsil dayandırıldı

Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələdən sonra Ali Təhsil Şurası (YÖK) ikinci tarix təyin olunana qədər bölgədəki universitetlərdə təhsilin dayandırılmasına qərar verib.

Zəlzələdən zərər çəkənlərə kömək etmək üçün universitetlərin kampusları açılıb. Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, YÖK-dən verilən məlumatda bildirilir ki, “Kahramanmaraş, Adana, Malatya, Adıyaman, Hatay, Şanlıurfa, Diyarbəkir, Qaziantep, Kilis və Osmaniye vilayətlərindəki ali təhsil müəssisələrində ikinci açıqlamaya qədər təhsil dayandırılıb.

Qeyd edilib ki, bu bölgələrdə yaşayan və digər əyalətlərdəki universitetlərdə təhsil alan tələbələrə imtahan və davamiyyət üçün lazımi şərait yaradılacaq. Adıçəkilən vilayətlərdəki tibb fakültələrinin 6-cı və universitetlərin stomatologiya fakültələrinin 5-ci sinifləri bu qərarın əhatə dairəsindən kənardadır.

Bölgə və ətraf əyalətlərdəki universitet xəstəxanalarının təcili yardım və reanimasiya şöbələri vətəndaşların xidmətinə açıqdır və onların imkanlarının artırılması üçün lazımi tədbirlər görülüb.

“Bu vilayətlərdə ali təhsil müəssisələrinin yerləşdiyi kampuslarda dəyən zərərin qiymətləndirilməsi işləri tamamlandıqdan sonra təhsilin başlanması ilə bağlı ayrıca açıqlama veriləcək”- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyənin bütün məktəblərində təhsilə bir həftə ara verilib. Yəni dərslərin fevralın 13-dən başlanacağı nəzərdə tutulur.

İlahin, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »