Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanlı aktivistlər ədalətin bərqərar olmasını tələb edirlər"
"Azərbaycanlı aktivistlər ədalətin bərqərar olmasını tələb edirlər"

Laçın-Xankəndi yolunda etiraz aksiyası 57 gündür ki, davam edir. Nümayiş dekbarın 12-də Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə başlamışdı. Belə ki, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilmədiyi üçün azərbaycanlı ekoaktivistlər dinc aksiyaya başladılar. Bu gün də havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya davam edir.

Milli Məclisin deputatı Tahir Rzayev bizimyol.info xəbər portalına açıqlamasında vurğulayıb ki, azərbaycanlı aktivistlər ədalətin bərqərar olmasını tələb edirlər. Deputatın fikrincə, bu günlər ərzində ekofəalların mübarizliyi vətənə olan sevgidən qaynaqlanır. “30 il ərzində Azərbaycan torpaqları düşmən tapdağı altında olub. Yağmalanıb, dağıdılıb, terrora məruz qalıb. Bu illər ərzində meşələrimizi qırıb, flora və faunamızı məhv edib, çaylarımızı zəhərləyib, təbii sərvətlərimizi daşıyıb aparıblar. Qələbədən sonra bu vandallığa son verilməli idi. Sərvətlərimizə qənim kəsillənlərin yolu bağlanmalı, onların çirkin əməllərinə son qoyulmalıydı. Ancaq müharibədən sonra da, onlar öz vandallıqlarına davam etdilər. Bu isə Azərbaycana qarşı böyük hörmətsizlik idi”.

Parlamentarinin sözlərinə görə, Azərbaycan hökumətinin çağırışlarına məhəl qoyulmadığı üçün gənclər dinc yolla öz sözlərini deməyə məcbur qaldılar. Millət vəkili təəssüflə bildirir ki, Fransa və bəzi beynəlxalq təşkilatlar bu aksiyanı Qarabağ ermənilərinin blokadaya salınması kimi qiymətləndirir, Azərbaycan əleyhinə qərəzli qətnaəmələr qəbul edirlər. Amma qəbul edilən sənədlərin heç birinin fakta əsaslanan dəyəri yoxdur. Bizə qarşı atılan nadan addımlar beynəlxalq prinsiplərə kölgə salmaqdan başqa bir şey deyil.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »