Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq
Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq

Fevralın 6-da Ukrayna hərbçiləri Almaniya istehsalı olan “Leopard” tanklarında təlimlərə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

“Biz tam başa düşürük ki, bizə nə qədər, nə vaxt, hansı ölkə nə (tank – red.) verəcək. Sabahdan, bazar ertəsindən Ukraynadan kənarda, “Leopard”da tank heyətlərinin təliminə başlanılacaq", - o qeyd edib.

Reznikov onu da bildirib ki, hazırda “Leopard” üçün ehtiyat hissələri, onların təmiri, texniki xidməti və sairlə bağlı danışıqlar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »