Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqına üzv ölkələr Ukraynaya hərbçi göndərməyi düşünmür
Avropa İttifaqına üzv ölkələr Ukraynaya hərbçi göndərməyi düşünmür

“Avropa İttifaqına üzv ölkələr heç vaxt öz hərbi qüvvələrini münaqişədə iştirak etmək üçün Ukraynaya göndərmək imkanını nəzərdən keçirməyiblər və bu barədə düşünmürlər”.

“Report” xəbər verir ki, bunu “El Pais” qəzetinə müsahibəsində Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib.

Kiyevə hərbi təyyarə göndərməyə dəyərmi sualını cavablandıran diplomat belə deyib:

“Hesab edirəm ki, biz Ukraynaya hər cür kömək etməliyik və qeyri-döyüş statusumuzu qorumalıyıq. Ordu göndərsəydik, döyüşən tərəf olardıq - bu, qətiliklə gündəmdə olmayan, heç vaxt da olmayacaq bir şeydir. Eyni zamanda qırıcı təyyarələrin də Kiyevə təhvil verilməsi gündəmdə deyil”.

Borrel vəd edilən Qərb tanklarının Ukraynaya nə vaxt veriləcəyini dəqiqləşdirməyib.

“Tanklar üçün təlim keçmiş ekipajlara sahib olmalısınız. Ukraynalı hərbçilərin təlimi Polşa və Almaniyadakı digər təlim düşərgələrində artıq başlayıb. Bu, avtomobil idarə etməyi öyrənmək kimi deyil, bu, həftələrlə çox xüsusi təlim tələb edir”.

Son xəbərlər
Bütün xəbərlər »