Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya "Vaqner"i terror təşkilatı kimi tanıya bilər
Britaniya "Vaqner"i terror təşkilatı kimi tanıya bilər

Britaniya hökuməti Vaşinqtonun qərarına qoşulmaq və "Vaqner" özəl hərbi şirkəti (ÖHŞ) terror təşkilatı kimi tanımaq niyyətindədir. Bu qərar qəbul edilərsə, bundan sonra London özəl hərbi şirkətə üzvlüyü cinayət kimi qəbul edəcək.

Bizimyol.info xəbər verir ki, “The Telegraph” verdiyi məlumata görə, Britaniya Daxili İşlər Nazirliyi hazırda "Vaqner" ÖHŞ-ə qarşı sanksiyalar üzərində fəal işləyir.

Nəşr izah edib ki, London tərəfinin belə bir addımı təkcə təşkilatın sıralarına üzvlüklə bağlı deyil, həm də "Vaqner" tədbirlərində iştiraka, habelə müvafiq simvollardan istifadə etmək də cinayət məsuliyyətini nəzərdə tutacaq. Həmçinin “Vaqner” ÖHŞ-in terror təşkilatları siyahısına salınması şirkətin Britaniya daxilində maliyyə axınına mane ola bilər.

Nəşrin məlumatına görə, 2023-cü ilin yanvarından Böyük Britaniya hökumətində sanksiya tətbiq etmək və “vaqnerçilər”in fəaliyyətini məhdudlaşdırmaq niyyəti səsləndirilmişdi. Bununla belə, rəsmilər fevralın 6-da planlaşdırılan müzakirələrdə daha qətiyyətli mövqe qoymağa hazırdırlar.

ABŞ Dövlət Departamenti Vaşinqtonun hələ 2023-cü il yanvarın əvvəlində "Vaqner" ÖHŞ-in fəaliyyətini "zərərsizləşdirmək" üçün fəal işlədiyini bildirib.

Ayın sonuna kimi hökumət daha qəti addımlar atdı və yanvarın 26-da "Vaqner" ÖHŞ-ə və özəl hərbi şirkətlə əlaqəli bir sıra Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etdi.

Müttəfiqlərin bu qərarı Ukrayna xalq deputatları tərəfindən dəstəklənib. Bu həftə "Vashington Post"un saytında Birləşmiş Ştatların Rusiyada birbaşa Putinə bağlı olduğu deyilən "Vaqner" ÖHŞ-in beynəlxalq cinayət təşkilatı kimi tanınması barədə qərar dəc edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »