Ukraynanın Krıma zərbələr endirəcəyi təqdirdə, “danışıqlar olmayacaq”, yalnız Kiyevin nəzarətində olan bütün ərazilərdə cavab zərbələri endiriləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev telegram-kanalında bildirib.
"Bu halda heç bir danışıqlar olmayacaq, yalnız cavab zərbələri olacaq. Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna alışacaq", - deyə Medvedev Rusiyanın Krıma zərbələr endirməklə Ukrayna ilə danışıqlara məcbur olub-olmayacağı sualına cavab verib.
“Bizim cavabımız hər şey ola bilər.Rusiya prezidenti bunu qəti şəkildə deyib” - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri bildirib.
Medvedev qeyd edib ki, Rusiya özünə heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq doktrinal sənədlərimizə, o cümlədən Nüvə Qarşısının alınmasının Əsaslarına uyğun olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır: "Mən sizi əmin edə bilərəm: cavab sürətli, sərt və gözlənilməz olacaq", - deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, Rusiya nüvə doktrinasına (Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində 2020-ci il dövlət siyasətinin əsasları) uyğun olaraq, Rusiya tərəfindən nüvə silahının istifadəsi düşmənin bu və ya digər növ kütləvi qırğın silahlarından istifadə etdiyi təqdirdə mümkündür. Rusiya Federasiyası və onun müttəfiqləri, habelə Rusiyaya, eləcə də onun müttəfiqlərinə hücum etmək üçün ballistik raketlərin buraxılması, nüvə qüvvələrinin cavab tədbirləri üçün zəruri olan obyektlərə düşmənin təsiri, habelə ona qarşı təcavüz zamanı etibarlı məlumat alınarsa, Rusiya Federasiyası, dövlətin mövcudluğu təhlükə altında olduqda, adi silahların istifadəsi ilə vəziyyətə nəzarət etmək mümkün olmazsa, o zaman nüvə silahı istifadə edilə bilər.
Qadir, Bizimyol.info