Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna həbçiləri Britaniyada təlimlərə başlayıb
Ukrayna həbçiləri Britaniyada təlimlərə başlayıb

Bu həftə britaniyalı təlimatçılar Ukrayna hərbçilərinə krallıq ərazisində “Chellenger 2” tanklarını necə idarə etməyi öyrətməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Rişi Sunak şənbə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında bildirib.

“Baş nazirin əlavə etdiyi kimi, bu həftə Ukrayna əsgərləri artıq Böyük Britaniyada “Chellenger 2” tankları üzərində təlimlərə başlayıblar”, - deyə Baş nazirin ofisindən verilən məlumatda bildirilir.

Sənəddə qeyd edilir ki, Sunak yanvarın sonunda krallığa gələn Ukrayna tankçıları ilə şəxsən görüşüb.

Söhbət zamanı “liderlər həmçinin beynəlxalq tərəfdaşların Ukraynaya Rusiya qoşunlarını geri çəkmək fürsətindən istifadə etməsinə kömək etmək üçün ona yardımın sürətləndirilməsinin vacibliyi barədə razılığa gəliblər, həmçinin Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli perspektivdə necə gücləndirilə biləcəyini yolları da müzakirə edilib. Həmçinin vurğulanıb ki, London Britaniya müdafiə hərbi texnikasının mümkün qədər tez cəbhə xəttinə çatdırılmasına diqqət yetirir: "Biz üzərimizə düşən işlərin tezliklə təşkil edilməsinə çalışacağıq. Ukrayna Silahlı Qüvvələri ən yaxın vaxtlarda vəd edilmiş texnika ilə təmin ediləcək", - deyə Baş nazir bildirib.

Yanvarın 14-də Böyük Britaniya 14 "Challenger 2" əsas döyüş tankını Kiyevə təhvil verəcəyini elan edən ilk Qərb ölkəsi olub. Yanvarın 30-da krallığın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles Ukrayna Silahlı Qüvvələrinin yayın başlamazdan əvvəl tanklar alacağını açıqlasa da, dəqiq tarix barədə məlumat verilməyib. Şöbə rəisi etiraf edib ki, “Challenger 2” aprel və ya may aylarında Ukraynaya göndərilə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »