Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç və Finlandiya NATO-ya birlikdə üzv olmaq istəyirlər
İsveç və Finlandiya NATO-ya birlikdə üzv olmaq istəyirlər

Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Ulf Kristersson iki ölkənin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu qeyd edərək, birlikdə başladıqları NATO-ya üzvlük müraciəti ilə bağlı prosesi birlikdə yekunlaşdırmaq istədiklərini bildiriblər.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Marin və Kristersson Stokholmda birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında Finlandiyanın Baş naziri Marin İsveçlə NATO-ya üzvlük üçün müraciət etdiklərini və prosesi birlikdə tamamlamaq istədiklərini ifadə edib: "NATO-ya daxil olmaq məsələsində qonşu ölkə ilə birgə işləyirik. İsveç rəsmirəri ilə bu mövzunun müsbət nəticə ilə başa çatması üçün hər gün yaxın təmasdayıq. Təbii ki, həm Türkiyənin, həm də Macarıstannın alyansa qəbul edilməyimizlə bağlı müraciətimizi tez bir zamanda təsdiq etmələrini istəyirik”, - deyə qeyd edib.

Görüş zamanı Marin Ukraynaya dəstəyin davam etdirilməsi, həmçinin NATO-da iştirakı müzakirə etdiklərini və Kiyevi dəstəkləməyə davam edəcəklərini bir daha vurğulayıb. Ukraynalıların özlərinə güvənə biləcəyini deyən Marin Avropa Birliyinə (Aİ) üzv olmaq yolunda Kiyevə kömək edəcəklərini də qeyd edib.

Rusiya-Ukrayna müharibəsi səbəbiylə Avropada təhlükəsizlik nizamının qalıcı şəkildə dəyişdiyinə diqqət çəkən Marin çıxışına belə davam etdi: "Finlandiya və İsveçin təhlükəsizliyi bir-birinə bağlıdır. NATO-ya birlikdə daxil olmağımız bütün alyansın maraqlarına uyğundur. Madriddə razılaşdırıldığı kimi, Türkiyənin ifadə etdiyi narahatlıqları müzakirə etdik. İnanırıq ki, NATO-ya üzv olan bütün dövlətlər tezliklə ərizəmizi təsdiqləyəcək və Vilnüs sammitində Finlandiya və İsveç müttəfiq olacaqlar”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »